» » Qəbələdə avtomobil ağaca çırpılıb, xəsarət alanlar var

Qəbələdə avtomobil ağaca çırpılıb, xəsarət alanlar var

Qəbələdə avtomobil ağaca çırpılıb, xəsarət alanlar var

Qəbələ rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Şirvanın səsi qəzetinin xəbərinə görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 70-ci kilometrliyində, Qəbələ şəhərində qeydə alınıb.

Göygöl rayonu Topalhəsənli kənd sakini, 1989-cu il təvəllüdlü Rəsulov Ruslan Surxay oğlu idarə etdiyi 25-BH-070 dövlət nömrə nişanlı VAZ-21154 markalı minik avtomobili ilə hərəkətdə olarkən qarşısına çıxan maneə səbəbindən idarəetməni itirib. Nəticədə maşın əvvəlcə dairəvi yol ötürücüsünə və sonra kənardakı ağaca çırpılıb.

Sürücü R. Rəsulov və sərnişini, Qəbələ rayonu İmamlı kənd sakini, 1990-cı il təvəllüdlü İbrahimov Elvin Məzahir oğlu xəsarət alıblar. Onlar Qəbələ Mərkəzi rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
Müəllif: Müxbir | 30-03-2015, 19:44
Oxunub: 566
    
Reklam