» » Vergilər naziri Şamaxıda vətəndaşları qəbul edəcək

Vergilər naziri Şamaxıda vətəndaşları qəbul edəcək

Vergilər naziri Şamaxıda vətəndaşları qəbul edəcək

Vergilər naziri Mikayıl Cabbarov mayın 30-da saat 11:00-da Şamaxı şəhərində, 4 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Şamaxı, Ağsu və Qobustan rayonlarının sakinlərini qəbul edəcək.

Nazirliyin Media və Kommunikasiya Mərkəzindən bildirilib ki, qəbula gəlmək istəyən vətəndaşlar mayın 25-dən 29-dək Şamaxı şəhərində 4 saylı Ərazi Vergilər İdarəsinə, Ağsu və Qobustan rayonlarında isə vergiödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin 195-1 Çağrı Mərkəzinə zəng vurmaqla və ya nazirliyin [email protected] elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.
Müəllif: jurnalist | 25-05-2018, 21:02
Oxunub: 527
    
Reklam