» » Kənd təsərrüfatı naziri Ağsuda bölgə vətəndaşlarını qəbul edib

Kənd təsərrüfatı naziri Ağsuda bölgə vətəndaşlarını qəbul edib

 Kənd təsərrüfatı naziri Ağsuda bölgə vətəndaşlarını qəbul edib

 Kənd təsərrüfatı naziri Ağsuda bölgə vətəndaşlarını qəbul edib
 Kənd təsərrüfatı naziri Ağsuda bölgə vətəndaşlarını qəbul edib

 Kənd təsərrüfatı naziri Ağsuda bölgə vətəndaşlarını qəbul edib

Kənd təsərrüfatı naziri Heydər Əsədov fevralın 23-də Ağsuda Göyçay, Kürdəmir, Ucar, Zərdab və Ağsu rayonlarından olan sakinləri qəbul edib.
Qəbuldan əvvəl nazir Heydər Əsədov və rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev şəhərin mərkəzindəki parkda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.

Nazir Heydər Əsədov qəbulun keçirildiyi Ağsu rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binası, Dövlət Fitosanitar və Baytarlıq Nəzarəti Xidməti üçün yaradılan şəraitlə tanış olub, ən müasir texnika və texnoloji avadanlıqla təchiz olunan aqrokimya laboratoriyasına baxış keçirib.

Nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin də iştirakı ilə keçirilən qəbulda 50-dən çox vətəndaşın müraciətinə baxılıb. Qəbula gələnlər əsasən subsidiya, torpaqdan istifadə və texnikalarla təminat, ixtisasa uyğun işə qəbul və digər məsələlərlə bağlı müraciət ediblər.

Heydər Əsədov vətəndaşların müraciətlərini, şikayət və təkliflərini diqqətlə dinləyib, müraciətlərin bir qismi yerindəcə həllini tapıb. Hərtərəfli araşdırmaya və qanunvericiliyə uyğun tədbirlərin görülməsinə ehtiyac olan bəzi müraciətlərlə əlaqədar nazirliyin müvafiq strukturlarının rəhbərlərinə tapşırıqlar verilib. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
 Kənd təsərrüfatı naziri Ağsuda bölgə vətəndaşlarını qəbul edib
 Kənd təsərrüfatı naziri Ağsuda bölgə vətəndaşlarını qəbul edib

Nazir “Aqrolizinq” ASC-dən kənd təsərrüfatı texnikalarını lizinqə götürən hüquqi və fiziki şəxslərlə də görüşüb. Ağsu, Kürdəmir, Ucar, Zərdab, Göyçay və digər ətraf rayonlardan olan 82 istifadəçiyə lizinq yolu ilə verilən, ümumilikdə, 2 milyon 508 min 648 manat məbləğində 135 ədəd müxtəlif kənd təsərrüfatı texnikasına xüsusi komissiyanın qərarına əsasən tətbiq olunan 998 min 884 manat güzəştlə əlaqədar müvafiq sənədlər təqdim edilib. Güzəşt tətbiq edildikdən sonra 26 ədəd müxtəlif kənd təsərrüfatı texnikası istifadəçilərin mülkiyyətinə verilib və Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin rayonlar üzrə bölmələrində qeydiyyata alınıb. Eyni zamanda, “Aqrolizinq” ASC-nin əməkdaşları lizinq yolu ilə əldə olunan kənd təsərrüfatı texnikalarının ilkin dəyərinin 20 faizini ödəyən istifadəçilərdən güzəşt üçün elektron ərizələri qəbul ediblər.

Həmin gün Kənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin təşkil etdiyi səyyar xidmət zamanı Ağsu, Kürdəmir, Ucar, Zərdab və Göyçaydan olan 130-dan çox mexanizatora traktor və digər kənd təsərrüfatı texnikasını idarə etmək üçün sürücülük vəsiqələri verilib.
Müəllif: jurnalist | 24-02-2018, 19:12
Oxunub: 487
    
Reklam