» » "Muğam aləmi" IV Beynəlxalq Muğam Festivalı keçiriləcək

"Muğam aləmi" IV Beynəlxalq Muğam Festivalı keçiriləcək

"Muğam aləmi" IV Beynəlxalq Muğam Festivalı keçiriləcək

Martın 11-dən 18-dək "Muğam aləmi" IV Beynəlxalq Muğam Festivalı keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimai əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı tərəfindən təşkil olunacaq festivalın bədii rəhbəri xalq artisti, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadədir.

Festival çərçivəsində Beynəlxalq Elmi Simpoziumun, dünyanın tanınmış musiqiçilərinin konsertlərinin, gənc ifaçılar üçün IV Beynəlxalq Muğam müsabiqəsinin keçirilməsi nəzərdə tutulub.
Müəllif: Müxbir | 25-02-2015, 16:50
Oxunub: 677
    
Reklam