» » Kürdəmirdə 40 min 300 hektarda payızlıq taxıl əkilib

Kürdəmirdə 40 min 300 hektarda payızlıq taxıl əkilib

Kürdəmir rayonunda payızlıq taxıl səpini kampaniyası başa çatıb.

Rayon icra hakimiyyətindən bildirilib ki, fermerlər və fiziki şəxslər payız mövsümündə 40 min 300 hektarda taxıl əkiblər. Əkilən sahələrin 13 min 300 hektarı buğda, qalanı isə arpadır.

İlkin səpin aparılan taxıl sahələrində normal çıxış alınıb. Hazırda taxılçılıq üçün təhlükəli olan gəmiricilərə qarşı mübarizə aparılır.
Müəllif: jurnalist | 19-12-2016, 13:24
Oxunub: 489
    
Reklam