» » Ucarda bu günədək 11 min 291 hektarda payızlıq taxıl əkilib

Ucarda bu günədək 11 min 291 hektarda payızlıq taxıl əkilib

Ucar rayonunda payızlıq taxıl əkini davam edir və artıq 11 min 291 hektarda səpin aparılıb.

Rayon kənd təsərrüfatı idarəsindən bildirilib ki, hazırda hər gün sahələrə orta hesabla 50-55 texnika çıxarılır. Ən çox taxıl əkilən Bərgüşad, Yuxarı Seyidlər, Şilyan, Qaziyan, Boyat və bir sıra digər ərazi vahidlərində cari mövsümdə əkin dövriyyəsinə xeyli əlavə torpaq sahələri cəlb olunub. Elə buna görə də bu il 12 min hektardan çox sahədə səpin aparılacağı gözlənilir ki, bu da ötən ildəkindən çoxdur.
Müəllif: jurnalist | 30-11-2016, 15:00
Oxunub: 581
    
Reklam