» » Zərdab rayon Heydər Əliyev Mərkəzində tədbir

Zərdab rayon Heydər Əliyev Mərkəzində tədbir

Zərdab rayon Heydər Əliyev Mərkəzində tədbir

Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar Zərdab rayon Heydər Əliyev Mərkəzində keçirilən silsilə tədbirlərin davamı olaraq “Azərbaycanın özü qədər əbədi olan şəxsiyyət” adlı tədbir keçirildi.
İlk olaraq tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində Ulu Öndərin şərəfli ömür yolunun, görkəmli siyasi və dövlət xadimi kimi möhtəşəm fəaliyyətinin müxtəlif mərhələlərini əks etdirən eksponatlar və kitab sərgiləri ilə tanış oldular.
Mərkəzin direktoru Könül Rəhimova tədbiri giriş sözü ilə açaraq qeyd etdi ki, dünya şöhrətli siyasətçi, görkəmli dövlət xadimi, tariximizə qurucu xilaskar kimi daxil olmuş Ulu Öndər Heydər Əliyev xalqımızın taleyində, ictimai-siyasi, mənəvi həyatında misilsiz rolu olan dahi bir şəxsiyyətdir.
Tədbirdə digər çıxış edənlər ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının inkişafında, dünya ölkələri arasında tanınmasında misilsiz xidmətlərindən söz açdılar. Bildirdilər ki, Heydər Əliyevin rəhbər və lider kimi tarixi fəaliyyəti nəsillər üçün böyük bir məktəbdir. Qeyd olundu ki, Ümummilli liderin əsasını qoyduğu uğurlu sosial-iqtisadi xətt artıq 11 ildir ki, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən məqsədyönlü şəkildə davam etdirilir, sosial-iqtisadi sahədə böyük irəliləyişlərə nail olunur.
Daha sonra məktəblilərin ifasında ümummili liderə həsr olunan şeirlər dinlənildi.
Müəllif: Müxbir | 1-06-2014, 14:42
Oxunub: 1043
    
Reklam