» » Ermənistan Silahlı Qüvvələrinin təxribatının qarşısı alınıb

Ermənistan Silahlı Qüvvələrinin təxribatının qarşısı alınıb

Ermənistan Silahlı Qüvvələrinin təxribatının qarşısı alınıb

Oktyabrın 26-da axşam saatlarında Ermənistan Silahlı Qüvvələrinin bölmələri, mürəkkəb iqlim şəraitindən istifadə edərək, cəbhənin cənub istiqamətində mövqelərimizə yaxınlaşmaqla təxribat törətməyə cəhd göstərib.

APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, düşmən tərəfinin fəaliyyəti əvvəlcədən aşkar edilərək ona qarşı qabaqlayıcı atəş zərbələri vurulub. Ölü və yaralı olaraq itki verən düşmən geri çəkilməyə məcbur edilib.

Müdafiə Nazirliyi xəbərdar edir ki, qoşunların qarşıdurma xəttində vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Müəllif: jurnalist | 27-10-2016, 10:23
Oxunub: 465
    
Reklam