DataLife Engine > son, Hadisə > Baş Prokurorluq Şirvanda keçirilən əməliyyatla bağlı məlumat yaydı

Baş Prokurorluq Şirvanda keçirilən əməliyyatla bağlı məlumat yaydı

Baş Prokurorluq Şirvanda keçirilən əməliyyatla bağlı məlumat yaydı

Azərbaycan Respublikasının Dövlət Arxivinin Şirvan filialının direktorunun qanunsuz əməlləri ifşa edilib.

Baş Prokurorluqdan verilən məlumata görə, Dövlət Arxivinin Şirvan filialının direktoru Hamlet Hüseynovun qanunsuz əməlləri ilə əlaqədar həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Aparılmış əməliyyat-istintaq tədbirləri ilə Hamlet Hüseynovun qeyd olunan vəzifədə işləyərkən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 2022-ci ilin aprel-may aylarında torpaq sahəsi üzrə arxivdə olan zəruri sənədlərin, eləcə də əmək stajlarının artıq hesablanması məqsədi ilə saxta arxiv arayışı əldə etmək üçün ona müraciət etmiş ayrı-ayrı vətəndaşlardan müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

Hamlet Hüseynova Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 311.3.2 (rüşvət alma təkrar törədildikdə) maddələri ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

​Hazırda cinayət törətmiş şəxslərin dairəsinin və təqsirləndirilən şəxsin digər qanunsuz əməllərinin müəyyən olunması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

XXX
Saat - 09.39

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Şirvan şəhərində əməliyyat keçirib.

Iyunun 7-də keçirilən əməliyyat nəticəsində Milli Arxiv İdarəsinin Şirvan filialının rəisi Hamlet Hüseynov saxlanılıb.

Əməliyyat zamanı həmçinin Şirvan şəhər bələdiyyəsinin Malik adlı əməkdaşı, Əmlak idarəsinin Arif, Sübhan və Amid adlı vəzifəli şəxslərinin də saxlanıldığı bildirilir.
[xfgiven_ingredients]
[xfvalue_ingredients]
[/xfgiven_ingredients]