Şamaxıda əhalinin COVID-19 pandemiyasına qarşı vaksinasiya davam edir
Şamaxı rayonunda COVID-19 pandemiyasına qarşı vaksinasiya prosesi uğurla davam etdirilir.
Rayon icra hakimiyyətində yaradılan operativ qərargahdan verilən məlumatda bildirilib ki, Şamaxıda əhalinin bu təhlükəli virusa qarışı vaksinasiyası Müalicə-Diaqnostika Mərkəzində, rayon mərkəzi xəstəxanasında, habelə 9 kənd həkim və tibb məntəqəsində aparılır. Bu günədək rayon üzrə 87926 nəfər vaksinasiya olunub. Onlardan 40724 nəfərə 1-ci doza, 34107 nəfərə 2-ci doza, 13095 nəfərə isə 3-cü doza vaksin vurulub.
COVID-19 pandemiyasına qarşı mübarizə çərçivəsində vaksinasiya prosesinin əhəmiyyəti barədə əhali arasında geniş təbliğat işləri aparılır.
[xfvalue_ingredients]
Âåðíóòüñÿ íàçàä