» » “Ucar Aqro” istehsalatda ən yeni texnologiyalardan istifadə edir – MÜSAHİBƏ

“Ucar Aqro” istehsalatda ən yeni texnologiyalardan istifadə edir – MÜSAHİBƏ

“Ucar Aqro” istehsalatda ən yeni texnologiyalardan istifadə edir – MÜSAHİBƏ
“Ucar Aqro” istehsalatda ən yeni texnologiyalardan istifadə edir – MÜSAHİBƏ
“Ucar Aqro” istehsalatda ən yeni texnologiyalardan istifadə edir – MÜSAHİBƏ
“Ucar Aqro” istehsalatda ən yeni texnologiyalardan istifadə edir – MÜSAHİBƏ


Shirvantv.info oxu.az sayıtına istinadən müsahibəni sizə təqdim edir.
Rüfət Məmmədzadə: “Ucar Aqro” istehsalatda ən yeni texnologiyalardan istifadə edir – MÜSAHİBƏ
“Başlıca məqsədimiz Bakıda paytaxt bazarına çıxmaqdır”.
“Ucar Aqro” MMC “GARANT Holding”in nəzdində ilk aqrar şirkətdir, 2012-ci ilin sentyabr ayının 5-də yaradılıb. Amma şirkətin çox gənc olmasına baxmayaraq, bu gün üçün nəzərə çarpacaq uğurlar qazanıb.
Azərbaycanda bütün müasir beynəlxalq standartlara cavab verən, yalnız ölkədə deyil, eləcə də Cənubi Qafqazda analoqu olmayan unikal quşçuluq kompleksini inşa etmiş “Ucar Aqro” MMC-nin baş direktoru Rüfət Məmmədzadə ilə müsahibəni təqdim edir:
- Rüfət müəllim, şirkət necə yarandı?
- Şirkətimizin yaranma tarixi, quş ətinin emalı müəssisəsi “Ucar Aqro” MMC-nin təməl qoyulması ilə üst-üstə düşür. Bu, 2012-ci il sentyabr ayının 5-i tarixidir. Amma buna qədər bütöv bir mütəxəssislər kollektivinin gərgin iş prosesi olub. Bazarın öyrənilməsi, biznes strategiyasının hazırlanması və planlaşdırılması, texniki-iqtisadi əsasın hazırlanması və s. – bütün bunlar layihənin baş tutması üçün vacib idi.
“GARANT Holding”in direktorlar şurasının sədri Anar Məmmədova təşəkkürümü bildirmək istəyirəm. Çünki layihənin həyata keçməsi barədə strateji qərarı məhz o qəbul edib.
Qeyd etdiyim kimi Ucar rayonunda 2012-ci ildə quş ətinin emalı üzrə zavodun təməlqoyma mərasimi keçirildi.
- Şirkətiniz artıq formalaşmış sayılan bu bazara çıxarkən nəyə ümid edirdi? Aydındır ki, sərt rəqabət şəraitində başlamısınız...
- Haqlısınız, bu bazar bir çox şirkətlər tərəfindən artıq mənimsənilib. Amma biz bu bazarda yer tutmaq üçün nə etməli olduğumuzu dəqiq bilirdik. Biz qarşımıza məqsəd qoyduq – bu, bazarda sadəcə iştirakçılardan biri olmaq yox, bura yenilik gətirmək, Azərbaycanda bizə qədər heç kimin etmədiyini etmək idi. Bu gün isə deyə bilərəm ki, şirkətimiz bu məqsədə çatıb.
- Bu, nədə ifadə edilib?
- Əgər istehlakçılara təqdim edilən məmulatlara fikir versəniz, orada yalnız üç növ görəcəksiniz. Onlar hamısı “Mərcan” brendi altında istehsal edilir. Birincisi, bu “Mərcan Kənd çolpası” toyuqlarıdır. Bu toyuqlar özəl təsərrüfatda yetişdirilib. İkincisi, “Mərcan Premium” adı altında buraxılan toyuqlardır. Bu toyuqlar istehsalat yolu ilə yetişdirilmir. Və üçüncü istiqamət – bu, hamıya məlum olan “Mərcan Broyler” toyuqlarıdır.
Şəhər əhalisinin kənd təamlarına olan tələbatını nəzərə alaraq gigiyenik bağlamada supermarket rəflərinə bu məhsulu təqdim etdik. İndi bizim istehlakçı əmindir ki, supermarket rəflərində əsl kənd toyuğu, İslam qayda-qanununa əsasən kəsilmiş və gigiyenik bağlamada istehlakçılara təqdim olunan brend “Mərcan” məhsullarıdır.

- Toyuqların istehsalı zamanı məhz sizin şirkətdə riayət edilən tələblər hansılardır?
- Biz istehsalatın əsas yeddi prinsipinə riayət edirik:
Yalnız 1-ci sinif, zülallarla zəngin QOST 25391-82 dövlət standartına uyğun ət istehsal edilir. Bu yetişdirilmə prosesinə ciddi nəzarət istehsalatın hər mərhələsində nəzarət və laboratoriya təhlillərinin vasitəsi ilə monitorinqlərin aparılmasını tələb edir;
Toyuqların kəsilməsi beynəlxalq MS 15000-2009 (İslam normalarına uyğun) standartlarına uyğundur;
Yalnız təbii şəraitdə yetişdirilmiş təbii yemlərdən istifadə edilir (buğda, çovdar, göyərti və s.);
Emal zamanı kəsildikdən sonra 0-+2C temperatur əldə etmə imkanı verən soyutma üsulundan istifadə edilir;
Gigiyenanın və qida təhlükəsizliyinin bütün prinsiplərinə riayət edilir;
Ətin çəkisinin artırılması üçün heç bir süni üsuldan (inyeksiya, stimulyator və s.) istifadə etmirik;
İstehsalatın - emal, çatdırılması, saxlanılması və satışa qədər bütün mərhələlərində lazımi temperatur saxlanılır.
- “Ucar Aqro”da quş ətinin emal edilməsi üzrə zavodun istehsalat qüvvəsi nə qədərdir?
- İl ərzində müəssisəmiz 17 min ton məhsul istehsal etmə gücünə malikdir. Kəsmə qüvvəsi isə saatda 6 min başdır.
- “Ucar Aqro”nun analoji şirkətlərdən başlıca fərqi nədir?
- “Ucar Aqro” istehsalatda ən yeni texnologiyalardan istifadə etməklə yanaşı, innovasiyaları da tətbiq edir. Bu, bizim əsas “silahımızdır”. Bizim müəssisədə istehsalat demək olar ki, tam olaraq avtomatlaşdırılıb. Zavodun ən yeni avadanlığı xaricdən gətirilib, əsasən Avropa ölkələrindən: Almaniya, Niderlandiya və İtaliyadan. İstehsalat proseslərinin əksəriyyəti avtomatlaşdırılmış rejimdə həyata keçirilir. Əl əməyi isə yalnız onun labüd olduğu yerlərdə, məsələn, halal standartına uyğun olaraq toyuğun kəsilməsi zamanı tətbiq edilir.
- Siz istehsalat zəncirindən danışdınız. Siz onun hans bəndlərdən ibarət olduğu barədə danışa bilərsiniz?
- Ümumilikdə istehsalat zənciri inkubasiya, yetişdirilmə zonası, ətin emalı zavodu, lojistik (ticarət nöqtələrinə çatdırılma) və satış mərhələlərindən ibarətdir.
İnkubasiya ilkin mərhələdir. İstehsalat prosesi burdan başlayır.
Yumurtadan çıxan birgünlük cücələr yetişdirilmə zonasına yerləşdirilir. Orada xüsusi yerlər var, cücələr burada saxlanılır. Cücələrin yerləşdirildiyi gündən etibarən avtomatik rejim işə salınır, bu rejimə intellektual sistem tərəfindən nəzarət edilir. Yəni sistem cücələrin böyüməsi üçün parametrləri özü seçir və lazımi prosesləri tənzimləyir: yemləmə, su vermə, havanın kondisionerləşdirilməsi, işıqlandırma və s. və əlbəttə ki, bu proses ilk gündən broylerlərin kəsilmə sexinə göndərilənə qədər davam edir.
- Toyuqların yetişdirilməsi nə qədər müddətə başa gəlir?
- Qeyd etdiyim kimi bu toyuğun növündən asılıdır. Bütün dünyada eləcə də Azərbaycanda quş fermalarında broyler cücələri yetişdirilir. Onların təbii potensialları digərlərindən daha tez böyüməyə imkan verir – 40-42 günə. Biz də broyler cücələri yetişdirib və istehsal edirik.
Amma bizim şirkətdə digər istehsalçılardan fərqli olaraq məhsul növü üçə çatdırılıb, broyler cücələrindən başqa 100-110 gün ərzində yetişdirilən “Süsəx” cinsindən “Kənd çolpası” və 75-80 gün ərzində yetişdirilən “Yubileynaya” cinsindən “Premium” toyuqları da yetişdirilir.
Müəssisədə yumurtadan yalnız broyler cücələri yetişdiririk, digər cinsləri isə daimi tədarükçülərimizdən alırıq, bu əsasən fermer təsərrüfatları və özəl təsərrüfatlardır. Bütün bu çatdırmalar müqavilə əsasında olur. Gətirilən toyuqlar mütləq yoxlamadan keçir və yalnız bundan sonra emal edilir, bu zaman tam gigiyena normalarına müvafiq şəraitdə halal standartının bütün tələblərinə riayət edilir.
- Yetişdirilmə müddətindən başqa bu toyuqlar istehlakçı üçün bir-birindən nə ilə seçilir?
- Bu toyuqların ətləri dadına və tərkibinə görə fərqlənir. Belə deyək, broyler toyuqları dadına, zərifliyinə və tez hazırlanma keyfiyyətinə görə populyardır.
“Premium” toyuqlarının əti kalsium və fosfor ilə zəngindir, bu isə sümükləri möhkəmləndirir. Bundan başqa, bu ətin tərkibində 6 vitamin və selen mikroelementi var ki, bu da dəriyə yaxşı təsir edir, onun elastikliyini artırır və qocalma ilə mübarizə aparır.
“Kənd çolpası”na gəldikdə isə o da vitaminlərlə və mikroelementlərlə zəngindir.
Məhsullarımızın hər bir növü unikaldır və istənilən müştərinin tələbatını ödəməyə qadirdir. Azərbaycan istehlakçısı tələbkarlığı ilə seçilir, axı hamımız bilirik ki, azərbaycanlılar dadlı və ləziz yeməklərin həvəskarı və bilicisidir.

- İnkubasiya və yetişdirilmə dövründən sonra toyuqlar kəsilmə sexinə göndərilir. Bu proses necə gedir? Bu mərhələdə sizin zavodda hansı innovasiya üsullarından istifadə edilir?
- Demək olar ki, bu istehsalat prosesində son mərhələdir. Quşların kəsilməsi, təmizlənməsi və emalı həyata keçirilir. Sonra isə quşun soyudulması prosesi gedir.
Xüsusilə qeyd etmək istəyirəm ki, bu mərhələdə xüsusi, “airborne” soyutma sistemindən istifadə edən Azərbaycanda yeganə istehsalçı bizik.
Aydınlıq gətirim, bizim innovasiyaya qədər bütün istehsalçılar quş ətinin soyudulması üçün su üsulundan istifadə edirdilər. Yəni quş əti su ilə doldurulmuş xüsusi vannalara yerləşdirilir və orada lazımi temperaturda soyudulana qədər saxlanılırdı.
Bu texnologiyanın böyük minusu var – kontaminasiya riski (yoluxma - red). Su mühiti tez bir zamanda çirklənir. Onun vasitəsi ilə patogen mikroorqanizmlər yayılır.
“Ucar Aqro” “airborne” soyutma sistemindən istifadə edir, bu zaman hər bir quş fərdi asılıb və üç saat ərzində 1350 metr uzunluğu olan konveyer xəttindən keçir, nəticədə məhsulun soyudulması əldə edilir.
Yəni, hər bir toyuq soyuq “hava yastığı” ilə əhatə edilib, bu isə kontaminasiya riskini 0-a endirir. Bu üsulun sayəsində biz inanılmaz soyutma nəticəsini 0 +2С0 dərəcəni əldə etmişik. Hələ heç bir toyuq əti istehsalçısı təzə məhsulun bu dərəcədə soyudulmasına nail olmayıb.
Soyudulmuş məhsul qablaşdırma sexinə göndərilir, burada qablaşdırma üsulu tam avtomatlaşdırılmış rejimdə aparılır. Çıxışda məhsul çəkilir, müvafiq etiket üzərinə yapışdırılır.
- Fikir verdim ki, məhsulunuzun qablaşdırması orijinallığı və rəngarəngliyi ilə seçilir...
- Bu da düşünülmüş bir şeydir. Keyfiyyət çoxşaxəli anlayışdır və əlbəttə ki, hazır məhsulun xarici görünüşü də onun keyfiyyətindən xəbər verir. Qablaşdırma da məhsulumuzun yüksək keyfiyyətinə uyğun olmalıdır. Qablaşdırma xaricdə hazırlanır və yüksək standartlara cavab verir. Həm də keyfiyyətli və dayanıqlı qablaşdırma “Ucar Aqro”nun məhsullarının təhlükəsizliyini təmin edir. Bu çox vacibdir, axı məhsulun qablaşdırması etibarlı olmasa, onun üzərinə nə zaman nə düşə biləcəyi bəlli deyil...
- Məhsullarınızın ölkədə çatdırılma coğrafiyası necədir?
- Əlbəttə zavodun Ucar rayonunda yerləşməsi ilə əlaqədar olaraq ilk növbədə yerli istehlakçıların tələbatını ödəyirik. Bizim başlıca məqsədimiz Bakıda paytaxt bazarına çıxmaqdır. Gələcəkdə çatdırılmaların lojistik şəbəkəsini genişləndirməyi düşünürük. Amma ilk öncə daxili bazarda mövqeyimizi möhkəmləndirməliyik, yerli istehlakçının tələbatını ödədikdən sonra xarici ölkə bazarları barədə düşünməliyik.
- Bu istiqamətdə irəliləyişlər var?
- Bəli, biz Azərbaycan bazarında özümüzü tanıtmışıq. Bu işdə bizə həmçinin Bakıda keçirilən Beynəlxalq “World Food-2014” sərgisi kömək oldu. Şirkətimizin stendi bir çox iştirakçını cəlb etdi, onların içində potensial əməkdaş və istehlakçılarımız da var idi. Biz maraq doğurmaq üçün hər şeyi xırda detallara qədər düşünmüşdük. Bu isə öz müsbət nəticələrini göstərdi.
“Ucar Aqro”nun Azərbaycan bazarına məhsullarını 2014-cü ilin mart ayının 1-dən çıxarmasına baxmayaraq, biz bir sıra iri ticarət obyektləri ilə müqavilə bağlamışıq. İndi bizim məhsulumuzu istehlakçılara geniş məhsulların geniş assortimentini və yüksək keyfiyyətli xidmət təklif edən, A kateqoriyalı brend supermarketlərdə əldə etmək mümkündür.

- “Ucar Aqro” aqrar sektorda ixtisaslaşıb. Quş ətinin istehsalından başqa daha hansı istehsalat təşkil etmisiniz?
- Şirkət həmçinin meyvə-giləmeyvə şirələri və mineral və bulaq suyu “Yarsu”nun istehsalı ilə məşğuldur.
“Ucar Aqro” simasında “GARANT Holding” regionların inkişafı proqramı çərçivəsində Yardımlı rayonuna sərmayə yatırıb.
Məlum olduğu kimi, Azərbaycanın gözəl təbiəti var. Praktiki olaraq hər bir rayonumuz bu və ya digər təbii sərvətlə şöhrət tapıb.
Yardımlı rayonu da istisna deyil. Bu rayonda geniş meşə örtüyü var, böyük miqdarda meşə giləmeyvələri bitir. Bağlar isə meyvələrlə zəngindir. Və bu təbii sərvətlərin itməməsi üçün bu qida xammalını emal etməyi düşündük.
Elə Yardımlı rayonunda bir sıra mineral və bulaq suyu mənbəsi mövcuddur. Bu sular ömrü uzadır – nahaq yerə məhz cənub rayonlarımız uzunömürlü sakinləri ilə seçilməyir.
Bütün bunları nəzərə alaraq “GARANT Holding” bu istiqamətdə investisiya yatırımı etməyi qərara alıb. Yardımlı rayonunun Aruz kəndində meyvə, giləmeyvə emalı və qablaşdırılmış ekoloji təmiz suyun istehsalı zavodu tikmək qərara alınır.
- Mağazalarda bu məhsulunuz artıq var? Axı yay mövsümünün başlanması ilə əlaqədar müxtəlif sərinləşdirici içkilərə tələbat artır...
- “Ucar Aqro”nun içki məhsullarının çatdırılması bir neçə günün məsələsidir və tezliklə bizim su və şirələrimizi istənilən supermarketdən əldə edə biləcəksiz.
- Daha nə istehsal edirsiz?
- Bizim eləcə də böyük balıq təsərrüfatımız var. O, Ucar rayonunda yerləşir. 100 hektardan artıq ərazidə üç növ balıq yetişdiririk.
- Başqa sözlə desək, əgər istehsal etdiyiniz məhsullarınızdan alsaq – toyuq, balıq, şirə və su alsaq bayram süfrəsi aça bilərik. Sadəcə duz və çörək əlavə etmək lazımdır...
- Bu doğrudur. Və biz istəyirik ki, istehlakçılarımız “Mərcan” və “Yarsu” dadını tanısınlar.
- Rüfət müəllim, belə maraqlı söhbətə görə çox sağ olun. Sizə söz verirəm ki, bundan sonra mağaza rəflərində sizin şirkətin istehsalı olan məhsulları axtaracam. Sizə uğurlar və şirkətinizin çiçəklənməsini arzulayıram.
- Siz də sağ olun.
Müəllif: Müxbir | 14-11-2014, 18:09
Oxunub: 788
    
Reklam