» » "Partiyanın namizədlərinə alternativ YAP-çılar haqda tədbir görüləcək"

"Partiyanın namizədlərinə alternativ YAP-çılar haqda tədbir görüləcək"

"Partiyanın namizədlərinə alternativ YAP-çılar haqda tədbir görüləcək"

Prezident İlham Əliyev Macarıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri İmre Laslotskinin etimadnaməsini qəbul edib.

Lent.az-ın AzərTAc-a istinadən xəbərinə görə, səfir İmre Laslotski fəxri qarovul dəstəsinin qarşısından keçib və etimadnaməsini prezident İlham Əliyevə təqdim edib.
İmre Laslotski Macarıstanın Baş naziri Viktor Orbanın salamlarını dövlət başçısına çatdırıb.
Görüşdə Azərbaycan ilə Macarıstan arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə edilib, əməkdaşlığımızın müxtəlif sahələrdə genişləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulanıb, ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən energetika, informasiya-kommunikasiya texnologiyaları, təhsil, səhiyyə, kənd təsərrüfatı və digər sahələrdə daha da inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Müəllif: jurnalist | 29-09-2015, 15:34
Oxunub: 432
    
Reklam