» » Qəbələdə ilk dəfə

Qəbələdə ilk dəfə

Qəbələdə ilk dəfə

Bu gün Qəbələ Olimpiya İdman Kompleksində möhtəşəm idman tədbirinə start veriləcək.

Shirvantv.info Kanal S-ə istinadən bildirir ki, "Qəbələ" İdman Klubunun təşkilatçılığı ilə Qəbələdə ilk dəfə olaraq kikboksinq üzrə "Gabala Fight Series" turnirinin döyüşləri baş tutacaq.

Reytinq xarakterli turnir saat 17:00-da başlayacaq. Ağırçəkililərin mübarizəsində həmyerlimiz Pərviz Abdullayev çinli Fuka Jiya Oyla qarşı-qarşıya gələcək. Digər döyüşlər türkiyəli Ercan Varol və hollandiyalı Albert Kraus, mərakeşli Jamal Ben Saddik və misirli Hesdi Greges, cənubi koreyalı Lim Çin Bin və mərakeşli Mosab Amrani arasında baş tutacaq. Eləcə də, yüngül çəkililərin mübarizəsində 5 döyüş baş tutacaq.
Müəllif: Müxbir | 30-06-2014, 10:09
Oxunub: 624
    
Reklam