» » DSMF: Ən çox müraciət Türkiyədən daxil olur

DSMF: Ən çox müraciət Türkiyədən daxil olur

DSMF: Ən çox müraciət Türkiyədən daxil olur

Dövlət Sosial Müdafiə Fondu xaricdə yaşayan vətəndaşlardan daxil olan müraciətləri operativ cavablandırır. DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan Lent.az-a verilən məlumata görə, fondun başlıca fəaliyyət istiqamətlərindən biri də əhaliyə göstərilən xidmətlərin və vətəndaşların müraciətlərinə baxılmasının müasir dövrün tələblərinə uyğun təşkil olunmasıdır: “Bu işin mühüm komponentləri sırasında xaricdən daxil olan müraciətlərə diqqətlə yanaşılması da mühüm yer tutur. Belə ki, xarici ölkələrin sığorta-pensiya qurumları, əcnəbi vətəndaşlar və xaricdə yaşayan Azərbaycan Respublikası vətəndaşları tərəfindən Fonda edilən müraciətlər daim diqqətlə araşdırılır və operativ şəkildə cavablandırılır.

2015-ci ilin birinci yarısında Dövlət Sosial Müdafiə Fonduna xaricdən daxil olan 1730 müraciətin böyük əksəriyyəti MDB ölkələrinə aiddir. MDB ölkələrindən göndərilən 1543 müraciətdən 1498-ni Rusiyadan daxil olan müraciətlər təşkil edir. Müraciətlərdə əsasən vətəndaşların pensiya hüququnun təmin edilməsi ilə bağlı zəruri hesab olunan müvafiq rəsmi sənədlərin hazırlanaraq təqdim olunması, konkret hallar üçün zəruri ikitərəfli münasibətlərin tənzimlənməsi kimi məsələlər öz əksini tapıb”.

DSMF-nin məlumatında qeyd edilir ki, xarici ölkələrdən daxil olan müraciətlərin say çoxluğuna görə növbəti yerdə Тürkiyə Cümhuriyyəti qərarlaşıb. Bu ölkədən Fonda ünvanlanan 184 müraciət əsasən Тürkiyə və Azərbaycan respublikaları arasında sosial müdafiə sahəsində ikitərəfli sazişə uyğun olaraq vətəndaşların sosial sığorta və pensiya hüquqlarının gerçəkləşdirilməsi məqsədi ilə konkret tədbirlərin görülməsi kimi məsələləri əhatə edir. Dövlət Sosial Müdafiə Fonduna ünvanlanan digər 48 müraciət isə ayrı-ayrı xarici ölkələrə aiddir.
Müəllif: jurnalist | 27-08-2015, 11:27
Oxunub: 208
    
Reklam