» » Göyçayda payızlıq əkinlərə hazırlıq işləri davam edir

Göyçayda payızlıq əkinlərə hazırlıq işləri davam edir

Göyçayda payızlıq əkinlərə hazırlıq işləri davam edir

Göyçay rayonunda payızlıq əkinlərə hazırlıq işləri davam edir.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, gələn ilin məhsulu üçün 14 min hektar sahədə payızlıq taxıl səpiləcəyi proqnozlaşdırılır. Hazırda hər yerdə yay şumu çıxarılır, yüksək reproduksiyalı toxum, habelə gübrə tədarük olunur, səpin aqreqatları hazır vəziyyətə gətirilir.

Qeyd edək ki, rayonda əkinin 10 min hektarda suvarılan, 4 min hektarda isə dəmyə torpaq sahələrində aparılması nəzərdə tutulub. Bu günlərdə gələcək bol məhsul üçün zəruri olan yay şumunun başa çatdırılması üçün qızğın iş görülür. Artıq payızlıq əkinlər üçün zəruri olan bu mühüm aqrotexniki tədbir 8880 hektar sahədə başa çatıb.
Müəllif: Anar | 22-09-2022, 14:34
Oxunub: 17
    
Reklam