» » Qəbələli gənclərə “Zamanın idarə olunması” təlimi keçirilib

Qəbələli gənclərə “Zamanın idarə olunması” təlimi keçirilib

Qəbələli gənclərə “Zamanın idarə olunması” təlimi keçirilib

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qəbələ nümayəndəliyi rayon gənclərinin hərtərəfli inkişafı üçün maraqlı layihələr həyata keçirir.

Nümayəndəliyin direktoru Teymur Alşanov bildirib ki, uğurla davam edən “Şəxsi inkişaf təlimləri” çərçivəsində bu dəfə rayon gəncləri üçün “Zamanın idarə olunması” mövzusunda təlim təşkil edilib.

Təlim zamanı “Əsas həyat bacarıqları” təlim proqramı üzrə fasiliator-təlimçi Sevinc Məmmədova tərəfindən gənclərə “Qısamüddətli və uzunmüddətli planların tərtibi”, “Məqsəd və hədəflərin müəyyənləşməsi”, “Zamanın idarə olunması” və digər mövzular barədə ətraflı məlumat verilib, suallar cavablandırılıb.

Təlim prosesində gənclər, həmçinin müxtəlif praktiki tapşırıqlar yerinə yetiriblər.
Müəllif: Anar | 22-09-2022, 14:27
Oxunub: 11
    
Reklam