» » Ağdaşda kross və gimnastika üzrə respublika yarışlarının rayon mərhələsi keçirilib

Ağdaşda kross və gimnastika üzrə respublika yarışlarının rayon mərhələsi keçirilib

Ağdaşda kross və gimnastika üzrə respublika yarışlarının rayon mərhələsi keçirilib

Sentyabrın 20-də Ağdaş Olimpiya İdman Kompleksində Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə gənclər arasında “Sağlam bədəndə sağlam ruh” devizi altında idmanın kross və gimnastika üzrə respublika yarışlarının rayon üzrə növbəti mərhələsi keçirilib. Yarışların açılış mərasimində Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətindən polis mayoru, Əməkdar məşqçi Aydın Həşimov, rayon polis şöbəsindən rəis müavini polkovnik-leytenant Araz Namətov, rayon gənclər və idman idarəsinin rəisi Azad Gözəlov və Ağdaş Olimpiya İdman Kompleksinin direktoru Tahir Umudov iştirak ediblər.

40-a yaxın idmançının qatıldığı yarışlarda öncə Dövlət Himni səsləndirilib, torpaqlarımızın müdafiəsi və ərazi bütövlüyü uğrunda döyüşlərdə canlarından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad olunub.

Yarışlarda kross və turnikdə dartınma növləri üzrə qalib gələn idmançılar DİN-in İdman Cəmiyyəti tərəfindən təsis olunmuş diplom, medal və hədiyyələrlə təltif ediliblər.
Müəllif: Anar | 22-09-2022, 13:36
Oxunub: 15
    
Reklam