» » Müstəqil siyasət, yüksək nüfuz

Müstəqil siyasət, yüksək nüfuz

Müstəqil siyasət, yüksək nüfuz
YAP Göyçay rayon təşkilatınn əməkdaşı Çingiz İbrahimov .
Bu gün prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan heç zaman olmadığı qədər güclü və qüdərtlidir. Ölkəmiz müstəqil dövlət olaraq tam müstəqil siyasət yürüdür və yürüdülən siyasət xalqın maraqları ilə üst üstə düşür. Azərbaycan hər zaman sülh və əməkdaşlıq tərəfdarı olub.Eyni zamanda Dövlət başçımızın yürütdüyü bu siyasətin məqsədi regionda sülhün, davamlı inkişaf və möhkəm əsaslı təhlükəsizliyin təmin olunmasına xidmət edir.
Bildiyimiz kimi, 2020-ci ildə Vətən müharibəsində Azərbaycan tarixi Zəfər əldə etdi. Bu Zəfərdən dərhal sonra ölkəmizin Ermənistana sülh müqaviləsi imzalamaq təşəbbüsü ilə çıxış etdi. İşğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinə başladı. Bütün bunlar hamısı yüxarıda deyilənlərin sübutdur.
Məlum olduğu kimi, 30 ilə yaxın erməni işğalından əziyyət çəkən ölkəmizə qarşı ikili standartlar tətbiq edilirdi ki, bu da ölkəmizin böyük ədalətsizliklə üzləşməsi deməkdir. Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən məlum dörd qətnaməsi sadəcə kağız üzərində qalmışdı. Azərbaycan özü, öz gücünə BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin icrasını təmin etdi və tariix ədalətsizliyə son qoydu.
Bütün bu reallıqları 16 sentyabr tarixində Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində çıxış edən Prezident cənab İlham Əliyev bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı.
Dövlət başçımız bir daha bəyan etdi ki, Azərbaycan öz fəaliyyətini bundan sonra da beynəlxalq hüquqa, ədalətə və qlobal təhlükəsizliyə əsaslanaraq həyata keçirməkdə davam edəcək.
Prezidentimiz çıxışında qeyd etdi ki, Azərbaycan artıq beynəlxalq aləmdə yüksək nüfuz sahibidir .2019-cu ildən Azərbaycan 120 ölkəni birləşdirən, BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına sədrlik edir. Azərbaycanın sədrliyinin yekdilliklə daha bir il - 2023-cü ilə qədər uzadılması ölkəmizin beynəlxalq aləmdə yüksək nüfuza sahib olmasının bariz nümunəsidir.
Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində Prezident cənab İlham Əliyev ölkəmizin regional kommunikasiya layihələrinin işə düşməsinə sanballı töhfələr verdiyinə də diqqət çəkdi.Dövlət başçımız çıxış edərək məlumat verdi ki, Hazırda Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükaşırma qabiliyyətinə malikdir və bu, ildə 25 milyon tona qədər artırıla bilər.Bu ilin ilk 7 ayında Azərbaycan ərazisindən keçən tranzit 50 faizə yaxın artıb.Azərbaycan 52 gəmi ilə Xəzər dənizində ən böyük mülki yük donanmasına malikdir. Bakı gəmiqayırma zavodu bütün növ gəmilər istehsal edə bilir. Son 20 ildə Azərbaycanda 19 min kilometr avtomobil yolu, 1400 kilometr dəmir yolu tikilib və ya əsaslı təmir edilib. Bu gün Azərbaycan 2020-ci il İkinci Qarabağ müharibəsindəki Qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə minlərlə kilometr avtomobil yolu və yüzlərlə kilometr dəmir yolu çəkir.
Azərbaycan Ermənistana ölkələrin bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan sülh müqaviləsi üçün beş əsas prinsip təqdim edib deyən dövlətimizin başçısı qeyd etdi ki, İndi biz ilkin şərtlər və süni ləngimələr olmadan sülh sazişi layihəsi üzərində işə başlamalıyıq.
Ermənistanın törətdiyi təxribatlara toxunan Prezidentimiz Azərbaycan silahlı qüvvələri bu təxribatların qarşısını qətiyyətlə aldığını bildirdi və qeyd etdi ki, Ermənistanın bu təxribatı iki ölkə arasında normallaşdırma prosesinə böyük bir zərbədir. Buna görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Beləliklə, Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammiti Azərbaycan həqiqətlərini, sərhəddə baş verən Ermənistan təxribatlarını dünya ictimaiyyətinə düzgün çatdırılması baxımından əhəmiyyətli hadisə kimi yadda qaldı, eyni zamanda bu Sammit bir daha Azərbaycanın müstəqil Siyasət yürütdüyünü nümayiş etdirdi.
Müəllif: Anar | 22-09-2022, 13:30
Oxunub: 36
    
Reklam