» » Ağdaşda yarım ildə əsas kapitala yönəldilən vəsait 60 faiz artıb

Ağdaşda yarım ildə əsas kapitala yönəldilən vəsait 60 faiz artıb

Ağdaşda yarım ildə əsas kapitala yönəldilən vəsait 60 faiz artıb

Ağdaşda 2022-ci ilin yanvar-iyun aylarında müəssisə və təşkilatlar tərəfindən rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün əsas kapitala bütün maliyyə mənbələrindən 8 milyon 622,5 min manat vəsait yönəldilib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3 milyon 234,6 min manat və ya 60 faiz çoxdur.

Rayon statistika idarəsindən bu barədə verilən məlumatda bildirilir ki, yarım ildə əsas kapitala yönəldilən vəsaitlərin 3 milyon 55,4 min manatı və ya 35,4 faizi tikinti-quraşdırma işlərinə sərf edilib. Tikinti-quraşdırma işlərinə yönəldilən vəsaitin 31,3 min manatı və ya 1 faizi dövlət, 3 milyon 24,1 min manatı və ya 99 faizi qeyri-dövlət mülkiyyətinin payına düşüb.
Müəllif: Anar | 28-07-2022, 09:26
Oxunub: 56
    
Reklam