» » Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransı.

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransı.

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransı.

Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının fəalı: Lalə Mehdizadə
İyunun 30-da Heydər Əliyev Mərkəzində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı konfransı işə başlayıb.
Konfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak edib.
Dövlətimizin başçısı konfransda çıxış edib.
İlham Əliyev Həmrəylik və qarşılıqlı dəstəyin gücləndirilməsi istiqamətində əlavə bir addım olan Azərbaycanın bu təşəbbüsünü dəstəklədiyinə görə Qoşulmama Hərəkatına üzv olan dövlətlərə öz minnətdarlığını bildirib.Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatından sonra ikinci ən böyük beynəlxalq təşkilatdır. Hər birimiz səsimizin dünya miqyasında eşidilməsini istəyirik. Bunun üçün daha bir addım atılaraq Qoşulmama Hərəkatının Gənclər Sammiti də keçiriləcəkdir . Bunlar Qoşulmama Hərəkatının institusional inkişafı üçün atılmış addımlardır. Digər bir təşəbbüs də Azərbaycanın irəli sürdüyü və üzv dövlətlər tərəfindən dəstəklənmiş Nyu-Yorkda Qoşulmama Hərəkatının Dəstək Ofisinin yaradılmasıdır.
Azərbaycan Qoşulmama Hərəkatına 2011- ci ildən qoşulub. Fəaliyyətimizin ilk günlərindən bəri həmrəylik, qarşılıqlı dəstək və Bandunq prinsiplərinin təşviqinə töhfəmizi verməyə çalışmışıq. Ərazi bütövlüyü, suverenlik, müstəqillik, bir-birinin işlərinə müdaxilə etməmə - bu prinsiplər bütün ölkələr tərəfindən qorunub saxlanılsaydı, heç bir müharibə, münaqişə və ədalətsizlik olmazdı. Fəaliyyətimizin ilk günlərindən Azərbaycan Qoşulmama Hərəkatının bütün təşəbbüslərinə çox fəal cəlb olunmuşdur. 2019-cu ildə Bakıda Qoşulmama Hərəkatının Zirvə toplantısı keçirildi və 2019-2022-ci ilə qədər sədrliyi üzərimizə götürdük.Qoşulmama Hərəkatına sədrliyimiz 120 ölkənin yekdil qərarı ilə 2023-cü ilin axırına kimi uzadıldı . Bu da ölkəmizə böyük bir hörmət və fəaliyyətimizin qiymətləndirilməsi əlaməti kimi qəbul olundu.
Hər kəsə məlumdur ki, Qoşulmama Hərəkatı dünyada BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisatdır.Biz səylərimizi səfərbər edərək potensialı və həmrəyliyi gücləndirməli, vahid mövqedən çıxış etməliyik.Həmçinin ölkələrimizin maraqlarının müdafiəsi üçün platforma rolunu oynaya bilər. Çünki Qoşulmama Hərəkatının bir çox üzvü oxşar tarix və problemlərə malikdir.Bir çox hallarda ədalətsizliklə üzləşib və öz milli maraqlarını müdafiə etməyə çalışır.Biz məhz belə problemlərin həll edilməsi tərəfdarıyıq.
Sonda cənab prezident İlham Əliyev konfrans iştirakçılarına öz təşəkkürünü bildirib.
Sonra Milli Məclisin sədri Sahibə Qafarova çıxış edərək konfransın gündəliyi barədə məlumat verib. Bildirib ki, konfransda “Bakı Bəyannaməsi” və “Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin İş Qaydalarına dair Nizamnamə” qəbul edilib, təşkilatın rəsmi loqosu və bayrağı təsdiq olunub, qurumun sədri və sədr müavinləri seçilib.
Qeyd edək ki, üç gün davam edəcək konfransa 40-dan çox ölkənin parlament nümayəndə heyətlərinin, 9 beynəlxalq parlament təşkilatının təmsilçiləri qatılıblar.
Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı konfransının iştirakçıları Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə, o cümlədən mədəniyyət paytaxtı Şuşa şəhərinə səfər edəcək, burada aparılan quruculuq və abadlıq işləri ilə tanış olacaqlar.
Müəllif: Anar | 6-07-2022, 15:32
Oxunub: 36
    
Reklam