» » Azərbaycanın təşəbbüsləri Qoşulmama Hərəkatının inkişafına istiqamətlənib

Azərbaycanın təşəbbüsləri Qoşulmama Hərəkatının inkişafına istiqamətlənib

Azərbaycanın təşəbbüsləri Qoşulmama Hərəkatının inkişafına istiqamətlənib

YAP Göyçay rayon təşkilatının əməkdaşı Çingiz İbrahimov
Bildiyimiz kimi, olduqca mühüm siyasi platforma olan Qoşulmama Hərəkatı 1961-ci ildə Yuqoslaviyada keçirilən konfransda yaradılmışdır. Heç bir hərbi bloka tərəf olmadığını bildirmiş 120 dövlətin üzv olduğu Hərəkata öz xarici siyasətində heç bir hərbi alyansa qoşulmamaq istiqamətini seçmiş Azərbaycan Respublikası 2011-ci ildə üzv olmuşdur. Qoşulmama Hərəkatı dünyada BMT-dən sonra ikinci ən böyük təsisatdır.
Məlum olduğu kimi, ölkəmiz 2019-cu ildən bu Hərəkata sədrlik edir. Sədrliyi müddətində ölkəmiz Hərakatın artıq təşkilata çevrilməsi istiqamətində konkret addımların atılması zərrurətini də gördüyü işlərlə ortalığa qoyub. Bir neçə gün öncə paytaxt Bakıda keçirilən Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan konfransı böyük önəmə malikdir. Bu konfrans çərçivəsində çox mühüm addımlar atıldı, qərarlar qəbul olundu ki, bu da həmin 120 ölkənin gələcəyinə mühüm təsir göstərmiş olacaq. Bu bir reallıqdır ki, ölkəmizin Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin konfransına ev sahibliyi etməsi ölkəmizə göstərilən böyük etimadın göstəricisidir.
Məlum olduğu kimi, Prezident cənab İlham Əliyev Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransda iştirak edib. Dövlətimizin Başçısı könfransda çıxış edərək əhəmiyyətli məsələləri gündəmə gətirib, yeni yaranmış reallıqlardan, erməni vandalizmindən, işgaldan azad edilmiş ərazilərdə görülmuş və görüləcək genişimqyaslı işlərdən söhbət açıb, eyni zamanda ciddi mesajlar vermişdir.
Prezidentimiz cənab İlham Əliyev çıxış edərək qeyd etdi ki, “Bu gün zənnimcə Qoşulmama Hərəkatının tarixində vacib bir tədbir keçirilir”. Həqiqətən də paytaxtımız Bakıda Qoşulmama Hərəkatının Parlament Şəbəkəsini yaradılması, səslənən təşəbbüslər, eyni zamanda konfrans iştirakçılarının işğaldan azad edilmiş ərazilərə səfər etmələri və ermənlərin orda törətdikləri dağıntıların canlı şahidi olmaları olduqca əhəmiyyətli hadisədir.
Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatından sonra ikinci ən böyük beynəlxalq təsisatdır. Bu da üzv dövlətlərin səsini dünya miqyasında eşidilməsinə böyük ölçüdə imkan verir.
Azərbaycan Prezidenti hər zaman mühüm, olduqca əhəmiyyətli təşəbbüslərlə çıxışlar edir və bu təşəbbüslər üzv dövlətlər tərəfindən dəstəklənir. Parlament şəbəkəsi bizim irəli sürdüyümüz və dəstəyinizi qazandığımız yeganə təşəbbüs deyil deyən dövlətimizin Başçısı qeyd etdi ki, digər vacib bir təşəbbüs gənclər şəbəkəsidir. Növbəti ay burada, Bakıda başqa önəmli bir tədbir, Qoşulmama Hərəkatının Gənclər Sammiti keçiriləcəkdir. Bunlar Qoşulmama Hərəkatının institusional inkişafı üçün atılmış addımlardır və hesab edirəm ki, bu istiqamətdə praktiki addımların atılması üçün vaxt yetişib. Azərbaycanın irəli sürdüyü və üzv dövlətlər tərəfindən dəstəklənmiş digər bir təşəbbüs Nyu-Yorkda Qoşulmama Hərəkatının Dəstək Ofisinin yaradılmasıdır”.
Məlum olduğu kimi, 1992-ci ildə münaqişənin həlli yollarını tapsın deyə ATƏT Minsk qrupunu təsis etdi. Lakin, 28 il ərzində bu qurum heç bir fəaliyyəti ilə yadda qalmadı, münaqişənin həll edilməsi üçün heç bir təşəbbüs irəli sürmədi. Həmsədrlər bölgəyə sanki turist qismində səfər edirdilər. Elə Prezident İlham Əliyev də çıxışı zamanı ATƏT in Minsk qrupunun fəaliyyətindən bəhs edərək bildirdi ki, ATƏT in Minsk qrupu bu münaqişənin həll yolunu tapmalı idi. Yəni, işğala son qoyulmalı idi. Əksinə, Minsk qrupu bu münaqişənin əbədi olmasını istəyənlərin əlində alətə çevrildi”.
44 gün davam edən və tarizi Zəfərimizlə sonlanan Vətən müharibəsindən danışan Dövlət başçımız qeyd etdi ki, Vətən müharibəsi nəticəsində Ermənistan kapitulyasiya etməyə və məğlubiyyətini etiraf etməyə məcbur oldu. Daha sonra döyüş meydanında azad edilməmiş digər rayonlardan çıxmağa məcbur edildi. Bunu etməyə bizə, sadəcə, 44 gün kifayət etdi.
Azərbaycan öz tarixi torpaqlarını düşmən tapdağından azad edərək, ərazi bütövlüyü təmin etdi və beləliklə 28 illik ədalətsizliyə son qoydu. Məlum olduğu kimi dünyada ən böyük təşkilat olan BMT Təhlükəsizlik Şurası 1993-cü ildə 4 qətnamə qəbul etmişdir ki, orada erməni qoşunlarının Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edilirdi.
Prezident İlham Əliyev çıxışında Azərbaycanın Hərəkata sədrlik etdiyi müddətdə görülən işlərdən , verilən təşəbbüslərdən söhbət açaraq qeyd etdi ki, “COVID-19 ilə mübarizəyə yanaşmamızla bağlı səylərimiz zənnimcə çox mühüm qlobal təsirə malik olmuşdur. Çünki biz peyvənd millətçiliyinə qarşı açıq şəkildə etirazını bildirən ölkələrdən biri idik. Bizim peyvənd millətçiliyinə qarşı mübarizəmiz Birləşmiş Millətlər Təşkilatı tərəfindən də dəstəklənmişdir. Hesab edirəm ki, bu da vaksinlərin ədalətli paylanılmasına mühüm təsir göstərmişdir”.
Dövlətimizin başçısı qətiyyətlə bildirdi ki, BMT-nin və onun Təhlükəsizlik Şurası çərçivəsində islahatların aparılması məsələsini gündəmə gətirilməlidir. Bu fikirlər Prezidentimizin tam müstəqil siyasət yürütdüyünün göstəricisidir.
Müəllif: Anar | 6-07-2022, 13:54
Oxunub: 56
    
Reklam