» » Sabah Bakıda hava küləkli olacaq, dağlıq rayonlara yağış yağacaq

Sabah Bakıda hava küləkli olacaq, dağlıq rayonlara yağış yağacaq

Sabah Bakıda hava küləkli olacaq, dağlıq rayonlara yağış yağacaq

Sabaha gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək.

Azərbaycan və Türkiyə səhiyyə nazirləri Cenevrədə görüşüb
Vətən müharibəsində xəsarət alan 200 hərbçi protezlərlə təmin edilib
Paytaxtın mərkəzi küçələrini klassik avtomobillər bəzəyib: yürüş və sərgi keçirilib - FOTO
Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-22° isti, gündüz 30-34° isti, Bakıda gecə 20-22° isti, gündüz 31-33° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 50-60 % olacaq.

Abşeron çimərliklərində şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 24-25° isti olacaq.

İyunun 20-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 17-22° isti, gündüz 31-36° isti, dağlarda gecə 8-13° isti, gündüz 17-22° isti olacaq.
Müəllif: Anar | 19-06-2022, 09:49
Oxunub: 29
    
Reklam