» » Şərabçı: “Əgər orqanizmin tələb etdiyi gündəlik spirti ona verməsən...” - MÜSAHİBƏ

Şərabçı: “Əgər orqanizmin tələb etdiyi gündəlik spirti ona verməsən...” - MÜSAHİBƏ

Şərabçı: “Əgər orqanizmin tələb etdiyi gündəlik spirti ona verməsən...” - MÜSAHİBƏ

Hər şərabın öz bakalı var və bu, yalnız forma üçün deyil. Dadı hiss etmək cəhətdən qabların quruluşu böyük önəm daşıyır. Hər şərabın dadını məhz öz qabında içməklə tam şəkildə almaq mümkündür. Bu, hələ şərabın qabı ilə bağlı olan məqamdır. Ancaq şərabın özü ilə bağlı da incə məqamlar çoxdur. Bu məqamlarla bağlı “Kaspi” qəzetinə şərabçı, texnoloq, professor Vüqar Mikayılov müsahibə verib.

Müsahibəni təqdim edirik:

- Hər şərabın öz bakalı olduğunu bilirdim, amma bu yaxınlarda bununla bağlı daha incə məqamlar barədə bir-iki nüans eşitdim. Ona görə, düşünürəm ki, söhbətə şərab içilən qablarla başlayaq. Qablar nəyi dəyişir?

- Bəli, hər şərabı öz bakalında içmək lazımdır. Bakal - fransız sözü olub, "banka” deməkdir. Hər şərabın bakalına, onu ağızın hansı hissəsi ilə hiss etmək məsələsinə görə forma verilir. Son vaxtlar, hətta hər üzüm sortu üçün ayrıca şərab bakalları hazırlanır. Bakalların ölçüləri də fərqlidir. Ağ şərablar üçün olan bakalların tutumu digər şərab qabları ilə müqayisədə daha az olur. Ağ şərablar üçün əsasən 190-230, qırmızı şərablar üçün 240-255 qram tutumlu olur. Bakalların ağzının dar olması, yəni tülpana bənzəməsi ətirli maddələrin sıxlığının artması hesabına ətrin daha yaxşı hiss olunması üçündür. Ümumiyyətlə, 1700-cü ildən 2017-ci ilə kimi şərab bakallarının həcmi 7 dəfə artıb.
Müəllif: Anar | 17-06-2022, 09:45
Oxunub: 30
    
Reklam