» » Bu günkü müstəqil və qüdrətli Azərbaycan Ulu öndər Heydər Əliyevin şah əsəridir.

Bu günkü müstəqil və qüdrətli Azərbaycan Ulu öndər Heydər Əliyevin şah əsəridir.

Bu günkü müstəqil və qüdrətli Azərbaycan Ulu öndər Heydər Əliyevin şah əsəridir.

Azərbaycan xalqının tarixində və taleyində böyük əhəmiyyət kəsb edən hadisələrdən olan 15 İyun- Milli Qurtuluş Günü müasir tariximizin ən şanlı səhifələrdəndir. Tariximizə qızıl hərflərlə yazılmış bu tarixi gün xalqımızın nicatına doğru gedən yolun başlanğıcı olmaqla yanaşı, eyni zamanda bu günki Zəfərimizin başlıca təməli idi. Bu şərəfli tarixin müəllifi isə sözsüz ki, xalqımızın böyük oğlu, dahi şəxsiyyət Heydər Əlirza oğlu Əliyevdir.
Bəllidir ki, XX əsrin sonlarında yenidən müstəqillik qazanmaq kimi tarixi fürsəti əldə edən Azərbaycan qısa müddətdən sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. Ölkədə hakimiyyət böhranı 1993-cü ilin iyununda kuliminasiya həddinə çatmış, ölkədə ictimai-siyasi vəziyyət olduqca gərginləşmiş, xaos və anarxiyanın tüğyan etməsi respublikanı çox ciddi faciəvi duruma sürükləyirdi. Mövcud vəziyyət vətəndaş müharibəsi dərəcəsinə qədər yüksələn qarşıdurmaya gətirib çıxararaq, nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə birbaşa hədəfə almışdı. Həmin dövr 1991-1993-cu illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşnalıq, avanturist eksperimentlər dövrü kimi xatırlanır.
Təbii ki, bütün bunlar isə həmin dövrdə yeni yaradılmış müstəqil dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan rəhbər şəxslərin əlində olması ilə birbaşa bağlı idi. Hadisələri düzgün qiymətləndirə bilməyən o vaxtki iqtidar əhali arasında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi. Ümumimilli Lider Heydər Əliyev müstəqilliyimizin həmin mərhələsini belə xarakterizə edirdi : “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki, Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük zəngin sərvətlərə malik ölkənin tam müstəqil olması başqa ölkələrdə belə bəzi dairələri qane etmirdi.Digər tərəfdən isə Ermənistanın Azərbaycana etdiyi hərbi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı.”
Belə bir vəziyyətdə isə xalqın qurtuluşu üçün yeganə ümid və pənah yeri yalnız və yalnız Ulu Öndər Heydər Əliyevə bağlı idi. Əslində bu, bütün xalqın ürəyinin səsi idi. Bununla xalq Heydər Əliyevin ətrafında sıx birləşməklə öz gələcək taleyini özü həll etmək niyyətində idi. Beləliklə, 1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın çağırışına səs verərək,Bakıya qayıdır. Həmin gün, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu, böyük qurtuluşa doğru mühüm addım atıldı. Xalqımızı nicata aparan yol məhz həmin hadisə ilə başladı. Həmin ilin İyunun 15-də isə Heydər Əliyevin Azərbaycan Ali Sovetinin sədri seçilməsi əsl Qurtuluş missiyasının başlanğıcı oldu.
“Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr oluncaqdır”- deyən Ümümmilli Lider tək sözdə deyil, bütün əməlləri ilə xalqımıza ləyaqətlə xidməti nümunəsində bütün bunları şərəfli əməlləri ilə sübut etdi. Ulu öndər eyni zamanda yenilməz iradəsi, uzaqgörənliyi, fədakarlığı, vətənpərvərliyi ilə bütün dünya azərbaycanlılarının liderinə çevrilərək xatirələrdə əbədiləşdi. Bu baxımdan da, Qədirbilən xalqımız böyük azərbaycanlı, dahi şəxsiyyət Ulu öndərin xalqımız qarşısında tarixi xidmətlərini unutmur və 15 iyun - Milli Qurtuluş Günü hər il yüksək coşğu və ehtiramla qeyd olunur.
Ölkəmizin inkişaf strategiyasını birmənalı olaraq müəllifi olan Ümummilli Lider Heydər Əliyev həmçinin çoxşaxəli və zəngin fəaliyyəti ilə yanaşı, misilsiz insani keyfiyyətləri ilə də zəmanəmizin əbədiyaşar qəhrəmanına çevrilib. Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyev irsini müstəqillyinin təminatçısı kimi qəbul edir və Azərbaycanda sözsüz ki, Heydər Əliyev siyasətinin alternativi yoxdur. Bu günkü
Azərbaycan isə məhz Ulu Öndərin başlıca amalı və hədəfi olan və görmək istədiyi Qüdrətli Azərbaycandır!
Təbii ki, bu günki qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və bu kursu böyük qətiyyət və inamla davam etdirən İlham Əliyev siyasəti dayanır. Məhz bu baxımdan da, bu günün fövqündən baxanda qüdrətli Azərbaycanımızın gələcəyi daha işıqlı və xoşbəxt görünür. Bu gün hər birimiz inanrıq ki, müstəqil Azərbaycanımız Ulu öndərin ən layiqli davamçısı Möhtərəm prezidentimiz cənab İlham Əliyevin yürütdüyü müdrik və qətiyyətli siyasətlə daha böyük zirvələri fəth edəcəkdir. Bu siyasətin ən böyük uğuru isə 2020-ci ilin sentyabrında başlayan Vətən Müharibəsində qazandığımız Tarixi Zəfər zirvəsidir. O zirvə ki, Azərbaycanın qüdrətinin, yenilməzliyinin, müzəffərliyinin dünya miqyasında nümayişi ilə nəticələndi. Ali Baş Komandan İlham Əliyevin güclü siyasi iradəsi, qətiyyəti, Rəşadətli Azərbaycan Ordusunun şücaəti, fədakarlığı, əzmkar Azərbaycan xalqının həmrəyliyi qəhramanlıq salnaməmizin ən parlaq səhifəsini təşkil etdi. Bu zəfərin fonunda isə belə bir həqiqət öz təsdiqini tapdı ki, yalnız və yalnız güclü və müdrik lideri olan dövlət qarşısında dayanan bütün məqsədlərə çata bilər.
Bu siyasət Vətən müharibəsindən sonra da Azərbaycanın öz milli maraq və mənafelərini qətiyyət və inamla davam etdirilməsi ilə həyata keçirilir. Bu çərçivədə ən böyük uğur və nailiyyət beynəlxalq ictimaiyyətin 44 günlük müharibədən sonra regionda yaranmış yeni reallıqları tam bölüşməsidir. Bu isə öz növbəsində Azərbaycanın Vətən Müharibəsində qələbəsinin qəbul olunması və eyni zamanda torpaqlarımızın işğaldan azad edilməsinə göstərilən beynəlxalq ehtiramın başlıca təzahürüdür.
Bəli, fəxrlə söyləyə bilərik ki, bu günkü müstəqil və qüdrətli Azərbaycan Ulu öndər Heydər Əliyevin şah əsəridir. Bu baxımdan da doğma məmləkətimiz, qüdrətli Azərbaycanımız var olduqca, Ulu Öndər Heydər Əliyevin adı da ürəklərdə əbədi olaraq daima yaşayacaqdır!
Yolun hər zaman işıqlı, müstəqilliyyin daima əbədi olsun, can Azərbaycan!
YAP Göyçay rayon təşkilatının şəhər 4 saylı tam orta məktəb ərazi partiya təşkilatında sədr müavini : Firəngiz Məmmədyarova
Müəllif: Anar | 14-06-2022, 13:07
Oxunub: 225
    
Reklam