» » Şirvanda fəal gənc könüllülərə sertifikatlar təqdim olunub

Şirvanda fəal gənc könüllülərə sertifikatlar təqdim olunub

Şirvanda fəal gənc könüllülərə sertifikatlar təqdim olunub

Şirvanda fəal gənc könüllülərə sertifikatlar təqdim olunub
Şirvanda fəal gənc könüllülərə sertifikatlar təqdim olunub

Şirvan şəhərində fəal gənc könüllülərlə görüş keçirilib. Görüşdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, icra hakimiyyətinin məsul işçiləri və bir qrup könüllü gənc iştirak edib.

Görüşdə çıxış edən Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, dövlət orqanlarında gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək məqsədilə ölkəmizdə könüllülük hərəkatının geniş vüsət aldığını bildirib.

Qeyd olunub ki, Şirvan Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə şəhərin bəzi idarə, müəssisə və təşkilatlarına cəlb olunmuş könüllülər şəhərin ictimai işlərində fəal iştirak edərək, ictimai əsaslarla fəaliyyət göstərdikləri sahələrdə xeyli təcrübə qazanıblar.

Həmçinin icra hakimiyyətində fəaliyyət göstərən könüllülərin gördükləri işlər barədə ətraflı məlumat verilib. Bildirilib ki, könüllülər daxili nizam-intizam qaydalarına ciddi əməl edərək, verilən tapşırıqları vaxtında yerinə yetiriblər.

Sonra Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxış edərək, dövlət qulluğunda çalışmağın məsuliyyətli və şərəfli olduğunu vurğulayıb. Dövlət qulluqçularının dövlətimizə, dövlətçiliyimizə sədaqətli xidmət etməsinin önəmli olduğu diqqətə çatdırılıb.

Sonra şəhər icra hakimiyyətinin başçısı İlqar Abbasov könüllülər Xudaverdiyev Valeh Vaqif oğluna, Yusifli Adəm Elman oğluna, İsmiyev Yusif Ədalət oğluna, Mirzəli Əsmər Yaşar qızına, Rəhimzadə Cahangir Təbiət oğluna şəhər icra hakimiyyətinin sertifikatlarını təqdim edib. Onların gələcəkdə müvafiq dövlət qurumlarında işlə təmin olunacağı məsələsinə baxılacağı bildirilib.

Könüllülər onlara yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Müəllif: Anar | 8-06-2022, 20:43
Oxunub: 26
    
Reklam