» » Qəbələli kümçülərə 280 qutu ipəkqurdu paylanılıb

Qəbələli kümçülərə 280 qutu ipəkqurdu paylanılıb

Qəbələli kümçülərə 280 qutu ipəkqurdu paylanılıb

Builki mövsümdə Qəbələ rayonunda yaş barama istehsalının 11,2 tona çatdırılması qarşıya hədəf qoyulub. Barama yetişdirilməsi üçün kümçülərə Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiya olunmuş 280 qutu, yəni 5 kiloqram 320 qram ipəkqurdu paylanılıb.

Bu barədə Qəbələ Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Elimdar Şərifov məlumat verib.

Qurum rəsmisi bildirilib ki, cari mövsümdə barama yetişdirmək üçün 70 kümçü ilə müqavilə bağlanılıb.

Xatırladaq ki, qəbələli kümçülər ötənilki mövsümdə 300 qutu ipəkqurdunun yemlənməsi ilə məşğul olub, 12 ton 430 kiloqram yaş barama əldə ediblər.
Müəllif: Anar | 21-05-2022, 05:21
Oxunub: 53
    
Reklam