» » “AzerGold” QSC Göygöl rayonu ərazisində axtarış işlərinin aparılmasını təmin edəcək

“AzerGold” QSC Göygöl rayonu ərazisində axtarış işlərinin aparılmasını təmin edəcək

“AzerGold” QSC Göygöl rayonu ərazisində axtarış işlərinin aparılmasını təmin edəcək

“AzerGold” QSC-yə yeni vəzifələr həvalə olunub.

Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla “Yerin təkinin geoloji öyrənilməsinə və mineral xammal bazasından səmərəli istifadəyə dair 2020 – 2024-cü illər üçün Dövlət Proqramı”na edilən dəyişiklikdə əksini tapıb.

Beləliklə, “AzerGold” QSC Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə 2022– 2024-cü illərdə Gəncəçay-Kürəkçay sahəsində (Çıraqlı-Zurnabad-Buzluq-Başqılaq) və Gədəbəy rayonu ərazisində (Qaradağ-XarxarCəyirçay sahələrində), 2022-2023-cü illərdə Göygöl rayonu ərazisində (Tülallar-Həsənlər sahəsi) axtarış işlərinin aparılmasını təmin etməlidir.

Eyni zamanda “AzerGold” QSC-yə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə 2022-2023-cü illərdə Daşkəsən dəmir qrupu yataqlarının ehtiyatlarının yenidən qiymətləndirilməsi və kəşfiyyat işlərinin aparılması, 2022-2024-cü illrədə Balakən-Zaqatala rayonlarında (Filizçay, Mazımçay və Katex sahələrində) geoloji axtarış və kəşfiyyat işlərinin aparılması, 2022-2024-cü illərdə isə Naxçıvan MR-də Göydağ-Ortakənd və Kükü-Zrnel və Ləkyətaq sahələrində geoloji axtarış və kəşfiyyat işlərinin aparılması həvalə olunub.
Müəllif: Anar | 7-05-2022, 17:56
Oxunub: 16
    
Reklam