» » 2021-ci ilin yekunlarına həsr olunmuş hesabat iclası keçirilib.

2021-ci ilin yekunlarına həsr olunmuş hesabat iclası keçirilib.

2021-ci ilin yekunlarına həsr olunmuş hesabat iclası keçirilib.
Ağdaş Regional Mədəniyyət İdarəsinin 2021-ci ilin yekunlarına həsr olunmuş hesabat iclası keçirilib.
28 yanvar 2022-ci il tarixində Ağdaş rayon Heydər Əliyev Mərkəzində Ağdaş Regional Mədəniyyət İdarəsinin 2021-ci ilin yekunlarına həsr olunmuş hesabat iclası keçirilib.
Tədbirdə ilk öncə Azərbaycanın Dövlət Himni səsləndirilib və Azərbaycanın ərazi bütövlüyü uğrunda Şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə ilk öncə Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Səxavət Məmmədov açılış nitqi ilə çıxış edərək iclasın gündəliyi ilə iştirakçıları tanış edib. Sonra Regional İdarənin məsləhətçisi İlqar Vəliyev 2021-ci ildə Ağdaş rayonunda fəaliyyət göstərən mədəniyyət müəssisələrində, Regional İdarənin rəis müavini Sahib Şükürov Göyçay rayonunda fəaliyyət göstərən mədəniyyət müəssisələrində, Baş məsləhətçisi, Ucar rayonu üzrə nümayəndə Alı Babayev Ucar rayonunda fəaliyyət göstərən mədəniyyət müəssisələrində və Zərdab rayonu üzrə nümayəndə Urfan Əhmədov Zərdab rayonunda fəaliyyət göstərən mədəniyyət müəssisələrində həyata keçirilmiş işlər və təşkil olunmuş tədbirlər barədə hesabat xarakterli çıxışlar ediblər.
Zərdab şəhər uşaq incəsənət məktəbinin direktoru Nicat Əlifi Regional İdarənin tabeliyində fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinin fəaliyyəti haqqında çıxış etdikdən sonra , Ağdaş rayon MKS-nin direktoru Seyfəddin Feyzullayev 2022-ci il üçün kitabxana müəssisələrində, Göyçay rayon Mədəniyyət Mərkəzinin direktoru Azad Xudaverdiyev klub müəssisələrində, Ucar rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Nəzakət Qasımova muzey müəssisələrində, Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova Heydər Əliyev Mərkəzlərində, Ağdaş rayon Ləki qəsəbə uşaq musiqi məktəbinin direktoru Tərlan Pənahov isə uşaq musiqi və incəsənət məktəblərində qarşıda duran vəzifələr və müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə təkliflərlə çıxışlar ediblər.
Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Ucar rayon Komitəsinin sədri Mirqələm Əliyev MİHİ rayon Komitələri tərəfindən 2021-ci il ərzində həyata keçirilmiş tədbirlər barədə, Ağdaş Regional Mədəniyyət İdarəsinin baş mühasibi Şakir İsmayılov 2021-ci il ərzində mərkəzləşmiş mühasibatlıq tərəfindən həyata keçirilmiş işlər barədə hesabat xarakterli çıxışlar ediblər.
Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Səxavət Məmmədov 2021-ci il ərzində Regional İdarədə həyata keçirilmiş işlər və 2022-ci il ərzində qarşıda duran vəzifələr barədə ətraflı çıxış edib. O, öz çıxışında qeyd edib ki, 2022-ci ildə Regional İdarənin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrinə gənc və bacarıqlı kadrların cəlb edilməsi, müəssisələrin inventar-avadanlıqlarla təmin edilməsi, əməkdaşların treninqlərə cəlb edilməsi, mədəniyyət müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi diqqət mərkəzində saxlanılacaq.
Sonra Ağdaş Regional Mədəniyyət İdarəsi yanında fəaliyyət göstərən Şuranın tərkibi təsdiq edilib və hər ay Şura iclasının keçirilməsi ilə əlaqədar qərar verilib.
Sonda 2021-ci il ərzində mədəni-kütləvi tədbirlərin təşkilində və fəaliyyətində fərqlənən əməkdaşlarına Regional İdarənin “Fəxri fərman”ları və hədiyyələr təqdim olunub.
2021-ci ilin yekunlarına həsr olunmuş hesabat iclası keçirilib.
2021-ci ilin yekunlarına həsr olunmuş hesabat iclası keçirilib.
2021-ci ilin yekunlarına həsr olunmuş hesabat iclası keçirilib.
2021-ci ilin yekunlarına həsr olunmuş hesabat iclası keçirilib.
Müəllif: Anar | 29-01-2022, 13:31
Oxunub: 113
    
Reklam