» » İsmayıllı ağ örpəyə bürünüb

İsmayıllı ağ örpəyə bürünüb

İsmayıllı ağ örpəyə bürünüb

İsmayıllıda hər tərəf ağ örpəyə bürünüb. Səhər saatlarında qarın qalınlığı 4-5, ucqar kənd və qəsəbələrdə isə 10-15 santimetrə çatıb. Qar ən çox şimal ərazilərə, o cümlədən İstisuya, Qalacığa, Əhənə, Lahıca və Basqala yağıb.

Rayon fövqəladə hallar komissiyasından verilən məlumata görə, yağan qar rayonda elə də ciddi problem yaratmayıb. Lakin Qubaxəlilli və Əhən kəndlərində elektrik enerjisinin verilişində fasilələr olub. Problem qısa müddətdə aradan qaldırılıb.

Səhər tezdən “9 saylı Yol İstismarı” MMC-yə məxsus maşın-mexanizmlər və canlı qüvvə qarın ən çox yağdığı və buzlaşmanın olduğu ərazilərdə vəziyyətə nəzarət edib. Gecə və səhər saatlarında buzlaşma baş verən Muğanlı-İsmayıllı avtomobil yolunun 40-cı, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun isə 46-cı kilometrliyinə qum-duz qarışığı səpilib.

Hazırda rayon ərazisində qarın yağması davam edir.
Müəllif: Anar | 14-01-2022, 11:39
Oxunub: 6
    
Reklam