» » Şamaxıda əhalinin COVID-19 pandemiyasına qarşı vaksinasiya davam edir

Şamaxıda əhalinin COVID-19 pandemiyasına qarşı vaksinasiya davam edir

Şamaxıda əhalinin COVID-19 pandemiyasına qarşı vaksinasiya davam edir

Şamaxı rayonunda COVID-19 pandemiyasına qarşı vaksinasiya prosesi uğurla davam etdirilir.

Rayon icra hakimiyyətində yaradılan operativ qərargahdan verilən məlumatda bildirilib ki, Şamaxıda əhalinin bu təhlükəli virusa qarışı vaksinasiyası Müalicə-Diaqnostika Mərkəzində, rayon mərkəzi xəstəxanasında, habelə 9 kənd həkim və tibb məntəqəsində aparılır. Bu günədək rayon üzrə 87926 nəfər vaksinasiya olunub. Onlardan 40724 nəfərə 1-ci doza, 34107 nəfərə 2-ci doza, 13095 nəfərə isə 3-cü doza vaksin vurulub.

COVID-19 pandemiyasına qarşı mübarizə çərçivəsində vaksinasiya prosesinin əhəmiyyəti barədə əhali arasında geniş təbliğat işləri aparılır.
Müəllif: Anar | 11-01-2022, 19:01
Oxunub: 12
    
Reklam