» » Şəkidə tərəvəz və bostan məhsulları istehsalı 243,6 ton artıb

Şəkidə tərəvəz və bostan məhsulları istehsalı 243,6 ton artıb

 Şəkidə tərəvəz və bostan məhsulları istehsalı 243,6 ton artıb

Şəki rayonunun torpaq mülkiyyətçiləri 2021-ci ildə 1734 hektar sahədə tərəvəz və bostan məhsulları yetişdiriblər. Ötən təsərrüfat ilində rayonda 35 min 73,8 ton tərəvəz, kartof və bostan məhsulları istehsal edilib. Məhsul istehsalı əvvəlki illə müqayisədə 243,6 ton artıb. Hər hektarın orta məhsuldarlığı 202,2 sentner olub.

Bu barədə Şəki Şəhər Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, ötənilki mövsümdə təsərrüfatlarda 6 min 785,6 ton pomidor, 3 min 602 ton xiyar, 1174,6 ton kələm, həmçinin digər tərəvəz məhsulları istehsal edilib.

Bundan əlavə, rayonun torpaq mülkiyyətçiləri ötən təsərrüfat ilində 701 hektar kartof sahəsindən 10 min 564 ton məhsul götürüblər. Hər hektarda məhsuldarlıq 150,7 sentner təşkil edib. Kartof istehsalı əvvəlki illə müqayisədə 243 ton artıb.
Müəllif: Anar | 9-01-2022, 08:02
Oxunub: 12
    
Reklam