» » Narkotik istifadəçiləri necə müəyyən edilir? - AÇIQLAMA

Narkotik istifadəçiləri necə müəyyən edilir? - AÇIQLAMA

Narkotik istifadəçiləri necə müəyyən edilir? - AÇIQLAMA

Hazırda narkotik istifadəçilərinin ən rahat müayinə üsulu ekspress test üsuludur. Bu yolla ən qısa zamanda hansı narkotik vasitədən istifadə edildiyini bilmək mümkündür.
Bunu Respublika Narkoloji Mərkəzinin baş direktoru Orxan Cəfərov Səhiyyə nazirliyinin "İnstagram" səhifəsində “Narkomaniya ilə mübarizə” mövzusunda canlı yayımda qonaq olarkən deyib.

O bildirib ki, narkotik istifadəçiləri müalicə üçün əsasən gec müraciət edirlər.

“Bizə müraciət edəndə onların daxili orqanları məhv olmuş vəziyyətdə olur. Bir dəfə narkotik vasitədən istifadə edən şəxs ondan asılı qalır. İlkin istifadədən sonra psixoloji asılılıq yaranır. Narkotik vasitənin növündən asılı olaraq isə fiziki asılılıq da yaranır. Bu, ürəkbulanma, halsızlıq, gərginlik, sümük və oynaqlarda ağrılarla müşayiət olunur”, - deyə o qeyd edib.
Müəllif: Anar | 8-12-2021, 14:15
Oxunub: 18
    
Reklam