» » Sabir Rüstəmxanlının partiyası seçkilərlə bağlı qərarını verdi

Sabir Rüstəmxanlının partiyası seçkilərlə bağlı qərarını verdi

Sabir Rüstəmxanlının partiyası seçkilərlə bağlı qərarını verdi

Vətəndaş Həmrəyliyi Partiyası Siyasi Şurasının növbəti toplantısı keçirilib.

Partiyadan Lent.az-a verilən məlumata görə, toplantıda ölkədəki ictimai-siyasi vəziyyət və qarşıdan gələn parlament seçkiləri müzakirə olunub. Partiya sədri Sabir Rüstəmxanlı Siyasi Şura üzvləri ilə öz baxışlarını bölüşüb. Millət vəkili VHP-nin bütün seçkilərdə iştirak etdiyini xatırladıb, ölkənin demokratik inkişafı və vətəndaş cəmiyyəti üçün seçkilərdən başqa yol olmadığını deyib. Müzakirələrdən sonra VHP-nin parlament seçkilərində partiya olaraq iştirakına yekdilliklə qərar verilib.
Müəllif: jurnalist | 31-07-2015, 13:16
Oxunub: 225
    
Reklam