» » Qəbələdə şəhid Adəm Heydərovun xatirəsi anılıb

Qəbələdə şəhid Adəm Heydərovun xatirəsi anılıb

Qəbələdə şəhid Adəm Heydərovun xatirəsi anılıb

Qırx dörd günlük Vətən müharibəsində igidliyi ilə tarix yazan qəhrəman oğullardan biri də Qəbələ rayonunun Bum qəsəbəsindən olan şəhid Adəm Heydərovdur.

Qəbələ Rayon İcra Hakimiyyətindən bildirilib ki, ərazi bütövlüyümüz uğrunda canını qurban verən qəhrəman Vətən oğlunun şəhidlik zirvəsinə yüksəlməsinin birinci ildönümü ilə əlaqədar rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhidin təhsil aldığı məktəbin kollektivi və ictimaiyyət nümayəndələri onun məzarını ziyarət edərək üzərinə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar.

Sonra mərasim iştirakçıları şəhidin ailəsini evində ziyarət edib, ailə üzvlərinə mənəvi dəstək olublar.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Həmin gün Bum qəsəbəsində şəhid Adəm Heydərovun xatirəsinə inşa edilmiş abidə-bulağın açılışı olub.
Qəbələdə şəhid Adəm Heydərovun xatirəsi anılıb
Qəbələdə şəhid Adəm Heydərovun xatirəsi anılıb
Müəllif: Anar | 18-11-2021, 15:25
Oxunub: 9
    
Reklam