» » "Mən şair deyiləm" adlı kitab işıq üzü gördü

"Mən şair deyiləm" adlı kitab işıq üzü gördü

"Mən şair deyiləm" adlı kitab işıq üzü gördü

"Şirvanın səsi" qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, (1970 ci ildən SSRİ jurnalistlər itifaqının üzvü) Sabir Sevərlər Cəmiyyətinin idarə heyyətinin üzvü, Şirvan yazıçı və jurnalistlər birliyinin rəhbəri olmuş, Araz media, Qızıl qələm, H.B. Zərdabi mükafatları sahibi, "Rəhbər ömrü","Yaxşılar yadda qalır", "Dünya yaxşılarındır" və s. kitablarının müəllifi, qocaman jurnalist, yazıçı və şair Əlişah Nağının yeni kitabı "Mən şair deyiləm" işıq üzü görüb. Müəllif kitabda son dövürlərdə qələmə aldığı şerləri, 44 gün ərzində Ali Baş komandan İlham Əliyevin "Dəmir Yumruq" əməliyyatı, Azərbaycan Ordusunun şəhid zabit və əsgərləri, Xalq və İqtidar birliyindən, Zəfər qələbəsindən, Vətənpərvərlik ruhundan, Şəhidlik zirvəsindən və tanıdığı insanlardan, rayonlardan, təbiətdən bəhs edən şerləri ilə oxucuların görüşünə gəlmişdir. Kitab 520 səyfədən 500 tirajdan ibarətdir.

"Mən şair deyiləm" adlı kitab işıq üzü gördü


Əlişah Nağı mətbuat sahəsində 70 ilə yaxındır çalışır, demək olar respublikanın hər yerində öz imzası, dəsti xətti ilə iz qoyub. "Mən şair deyiləm" adlanan kitabda şairin əsasən son dövr yaradıcılığını əhatə edən şeirlər yer alıb. Kitabda Azərbaycanın dilbər guşələri, dağları, meşələri, şəlalələri, çayları, kənd və qəsəbələri haqqında şerlər var. Şair və jurnalist "Sovet kəndi", "Azərbaycan gəncləri", "Yeni Həyat", "Düzü-düz-əyrini-əyri", "Devlət press" qəzetlərində çalışıb. Elmi məqalələrin, publisist yazıların, bir çox müsahibələrin və şerlərin müəlifidir. Təsüflər olsun ki, bu günə kimi əyalətdə, regionda fəaliyyət göstərən jurnalist, yazıçı, şair heç bir dövlət adına layiq görülməyib.

Qeyd edək ki, “Dünya yaxşılarındır" kitabı oxucularla beşinci görüşüdür. "Şirvanın şah jurnalisti" təxəlüsü ilə tanınan Əlişah Nağıya yaradıcılığında uğur arzulayırıq.

"Mən şair deyiləm" adlı kitab işıq üzü gördü
Müəllif: Anar | 18-11-2021, 15:09
Oxunub: 59
    
Reklam