» » Şamaxı: doqquz ayda aqrar sektorda məhsul buraxılışının həcmi 17,9 milyon manatadək artıb

Şamaxı: doqquz ayda aqrar sektorda məhsul buraxılışının həcmi 17,9 milyon manatadək artıb

Şamaxı: doqquz ayda aqrar sektorda məhsul buraxılışının həcmi 17,9 milyon manatadək artıb

Şamaxı rayonunda 2021-ci ilin doqquz ayında kənd təsərrüfatında məhsul buraxılışının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 17 milyon 889 min manat artıb.

Rayon Statistika İdarəsindən verilən məlumatda bildirilir ki, cari ilin doqquz ayında 78 milyon 174 min manat həcmində kənd təsərrüfatı məhsulları buraxılıb. Buraxılan məhsulların 43 milyon 317 min manatı bitkiçilik, 34 milyon 863 min manatı isə heyvandarlıq sahəsində əldə edilib. Ötən illə müqayisədə artım bitkiçilikdə 14 milyon 947 min manat, heyvandarlıqda isə 2 milyon 942 min manat olub.
Müəllif: Anar | 20-10-2021, 14:17
Oxunub: 11
    
Reklam