» » Gənclərin peşə təhsilinə marağının artırılması üçün seminar keçirilib

Gənclərin peşə təhsilinə marağının artırılması üçün seminar keçirilib

 Gənclərin peşə təhsilinə marağının artırılması üçün seminar keçirilib

 Gənclərin peşə təhsilinə marağının artırılması üçün seminar keçirilib

İsmayıllıda Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi” çərçivəsində icra edilən “Mənim peşəm mənim gələcəyimdir!” layihəsi çərçivəsində maarifləndirici seminar keçirilib.

Seminarda İsmayıllı rayon təhsil ictimaiyyətinin nümayəndələri, layihə rəhbəri Vəfa Vahabova, təlimçi Elnarə Qasımova və İsmayıllı Rayon Təzəkənd kənd tam orta məktəbində təhsil alan 30-a yaxın şagird iştirak edib.

Tədbiri Təzəkənd məktəbinin direktoru Elxan Bədəlov açıb, layihə rəhbəri, Yeniyol kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Vəfa Vahabova layihənin məqsədi və layihə çərçivəsində həyata keçirilən işlər barədə ətraflı məlumat verib. Qeyd edib ki, layihədə ənənəvi peşə və sənət sahələrinə marağın artırılması, yeniyetmə və gənclərin peşə seçimində vaxtında doğru qərar verməsi, peşə seçimində əmək bazarının tələblərinə uyğun qərar verilməsi kimi hədəf istiqamətləri müəyyən olunub. “Mənim peşəm mənim gələcəyimdir!” adlı maarifləndirici flayerlər hazırlanıb və yaxın zamanlarda İsmayıllı rayonunun ümumtəhsil məktəblərinin şagirdləri arasında yayılması nəzərdə tutulub.

Təlimçi Elnarə Qasımova çıxışlarda “Mənim peşəm mənim gələcəyimdir” layihəsinin məktəblilərin düzgün peşə seçimi baxımından əhəmiyyətindən danışıb. Ölkədə yeniyetmə və gənclərin peşə təhsilinə diqqətlərinin artırılması məqsədilə təşkil olunan layihə çərçivəsində orta, orta ixtisas, peşə təhsili üzrə təhsil alanlar üçün peşə təhsilinin əhəmiyyəti, bu sahənin stimullaşdırılması, peşə təhsilinin vacibliyi və sair kimi mövzuların müzakirəsinin vacibliyini qeyd edib.

Seminarda iştirak edən müəllimlər və şagirdlərlə mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb, maarifləndirici flayerlər paylanıb.
Müəllif: Anar | 20-10-2021, 14:15
Oxunub: 11
    
Reklam