» » Göyçayda 67194 nəfər vaksinasiya olunub

Göyçayda 67194 nəfər vaksinasiya olunub

Göyçayda 67194 nəfər vaksinasiya olunub

Dünyanı narahat edən koronavirus pandemiyasının yeni dalğası bu gün respublikamızın hər yerində olduğu kimi, Göyçay rayonunda da vətəndaşların vaksinasiyaya cəlb olunmalarını zəruri edib və son vaxtlar bu istiqamətdə tədbirlər görülür.

Rayon icra hakimiyyətində yaradılan operativ qərargahdan bölgə müxbirinə bildirilib ki, hazırda əhali arasında maarifləndirmə işi gücləndirilib, nəticədə vətəndaşlar tərəfindən peyvənd edilməyə müraciətlər artıb. Artıq rayonda peyvənd olunanların sayı 67194 nəfərə çatıb. Onlardan 25550 nəfərinə ikinci doza vurulub. Vaksinasiya olunanların 3434 nəfəri 65 yaşdan yuxarı, 14064 nəfəri 50-65 yaş arası, 7346 nəfəri 40-49 yaş arası, 16800 nəfəri 40 yaşdan aşağı olan vətəndaşlardır.

Sakinlərin vaksinasiyası xəstəxanada xüsusi otaqlarda aparılır. Xəstəxanaya gələ bilməyən ahıl, əlil insanların peyvəndi səyyar briqadalar tərəfindən kəndlərdəki tibb məntəqələrində həyata keçirilir.
Müəllif: Anar | 21-08-2021, 16:04
Oxunub: 93
    
Reklam