» » QHT Şurası Şamaxıda tədbir keçirib

QHT Şurası Şamaxıda tədbir keçirib

QHT Şurası Şamaxıda tədbir keçirib

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə Şamaxı şəhərində “QHT-lərin müsbət təcrübəsinin təbliği” mövzusunda konfrans keçirilib. Şuranın mətbuat xidmətindən Shirvantv.info-ya verilən məlumata görə, Heydər Əliyev Mərkəzində baş tutan toplantıda rayon ictimaiyyətinin nümayəndələri, vətəndaş cəmiyyətinin təmsilçiləri iştirak edib. Konfransda çıxış edən Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov təmsil etdiyi qurumun QHT-lərə göstərdiyi dövlət dəstəyinin əsas istiqamətləri, maliyələşdirilən layihələr, regionlarda fəaliyyət göstərən təşkilatlara edilən yardımlar, bütövlükdə vətəndaş cəmiyyətinin inkişafı sahəsində həyata keçirilən tədbirlər haqqında iştirakçılara ətraflı məlumat verib.

Tədbirin sonunda Fərasət Qurbanov konfrans iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.
Müəllif: Müxbir | 17-06-2014, 22:06
Oxunub: 770
    
Reklam