» » Rayon qəzetinə yeni təyinat

Rayon qəzetinə yeni təyinat

Rayon qəzetinə yeni təyinat

Göyçay Rayonun ilk qəzeti 1930-cu ildə “Pambıqçı” adı ilə nəşr edilmişdir. Sonralar “Qalibiyyət bayrağı”, “Yeni həyat”, Göyçay” adlı qəzetlər çıxarılmışdır.
Qulu Məmmədov, Nəriman Zeynalov, Oqtay Cəfərov, Rafiq İslamov, Aydın Kərimov, Tofiq Həsənov kimi jurnalistlər respublika mətbuatında Göyçayı təmsil etmişlər.
Rayon İcra Hakimiyyəti Başçısı Mehdi Səlimzadənin sərəncamı ilə Anar Əlişah oğlu Nağıyev Göyçay qəzetinin baş redaktoru vəzifəsinə təyin olunub. A. Nağıyev 23 noyabr 1978 ci il təvəllüdlü, hüquqşünas və jurnalist ixtisası alıb. 1996 cı ildən jurnalist kimi müxtəlif qəzet, jurnal və saytlarda çalışıb. Xırdalan, Dövlət press, Respublika xəbərləri, Abşeron təhsili qəzetlərinin baş redaktoru olub. AzpressTv saytının təsisçi və direktoru, Qanun-A MMC nın rəhbəri, Abşeron sürücülük məktəbinin reis müavini, Abşeron Telekommunikasiya qovşağının baş hüquqşünası vəzifələrini icra edib.
2016 cı ildən Göyçay informasiya agentliyi, Nartv sayt və yotube kanalı yaradaraq fəaliyyət göstərib. Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Qızıl qələm, Araz media, H. B. Zərdabi mükafatları sahibidir. Ümummilli Lider Heydər Əliyevin 80 illik yubleyi münasibətilə “Rəhbər ömrü”, “Cinayətkarlığa qarşı mübarizə” kitablarının redaktoru və müəllifidir.
Göyçay qəzetinin yeni baş redaktoruna işlərində uğur arzulayırıq.
Müəllif: Anar | 7-05-2021, 10:19
Oxunub: 95
    
Reklam