» » ABŞ payızda Ukrayna ordusunun təliminə başlayacaq

ABŞ payızda Ukrayna ordusunun təliminə başlayacaq

ABŞ payızda Ukrayna ordusunun təliminə başlayacaq

ABŞ payızda Ukrayna silahlı qüvvələrinin hazırlanmasında Kiyevə yardım edəcək. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Mark Toner bildirib ki, bu hazırda amerikalı təlimatçılarının Ukrayna Milli Qvardiyasının hazırlanması layihəsindən savayı əlavə, yeni bir proqram olacaq.

Toner qeyd edib ki, yeni proqram məhz Milli Qvardiya yox Ukrayna Silahlı Qüvvələrini əhatə edəcək.

“Bu Ukraynanın müdafiə imkanlarını möhkəmləndirəcək”, deyə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi bildirib.

O həmçinin qeyd edib ki, ötən ildən bu vaxtadək Vaşinqton bu sahədə Kiyevə 244 mln dollar məbləğində yardım göstərib.
Müəllif: jurnalist | 25-07-2015, 10:34
Oxunub: 647
    
Reklam