» » Cənubi Qafqaz boru kəmərinin gündəlik orta ötürücülük gücü artıb

Cənubi Qafqaz boru kəmərinin gündəlik orta ötürücülük gücü artıb

Cənubi Qafqaz boru kəmərinin gündəlik orta ötürücülük gücü artıb

2021-ci ilin birinci rübündə Cənubi Qafqaz boru kəmərinin gündəlik orta ötürücülük gücü 50,74 milyon kubmetr olub.

Bu barədə "BP Azerbaijan" şirkətinin hesabatına istinadən məlumat verir.

2020-ci ilin birinci rübündə bu göstərici 33,6 milyon kubmetrə bərabər idi.

İlin birinci rübündə Cənubi Qafqaz boru kəmərinin əməliyyat xərcləri 13 milyon dollardan artıq, əsaslı xərclər isə 2 milyon dollardan artıq olub.

Qeyd edək ki, Cənubi Qafqaz boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə "Şahdəniz" qazını çatdırır, CQBKG isə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb.
Müəllif: Anar | 29-04-2021, 16:40
Oxunub: 9
    
Reklam