» » Göyçayda ramazan ayında şəhid ailələri ziyarət edildi

Göyçayda ramazan ayında şəhid ailələri ziyarət edildi

Göyçay rayon icra hakimiyyətinin təşkilatçılığı, Bolluq marketin dəstəyi ilə müsəlmanların birlik rəmzi olan, ayların sultanı olan müqəddəs Ramazan ayı münasibətilə Vətən müharibəsi zamanı qəhrəman şəhid ailələri ziyarət olundu.

Göyçay rayonun Birinci-Ərəbcəbirli kəndinin şəhidləri, Bayramov Həsən Ağaisa oğlu, Məmmədov Xəyal Arif oğlunun və İkinci-Ərəbcəbirli kənd şəhidləri, Qaçayev İntizam Əkbər oğlu və Əhmədov Ayaz Elson oğlunun ailələrini ilə görüşən rayon icra hakimiyyətinin əməkdaşları və sahibkar, xeyriyyəçi Seymur Abdullayev şəhid ailələlərinə baş sağlığı verərək, dərin hüznlə qəhrəmanlarımızın ruhun ehtiramla yad etdilər.
S. Abdullayev çıxışında bu məqsədlə keçirilmiş görüşlərdə həmin kateqoriyadan olan insanların dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə olunduğu vurğulayıb.

Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən biri də məhz şəhid ailələrinin, müharibə veteranları və əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həll edilməsi və onlara hər cür qayğının göstərilməsidir.
Şəhid ailələrinin üzvləri daim dövlətin diqqət mərkəzində olduqlarını və göstərilən qayğıya görə təşəkkürlərini bildiriblər.

Göyçayda ramazan ayında şəhid ailələri ziyarət edildi
Göyçayda ramazan ayında şəhid ailələri ziyarət edildi

Göyçayda ramazan ayında şəhid ailələri ziyarət edildi
Müəllif: Anar | 24-04-2021, 18:59
Oxunub: 85
    
Reklam