» » Ağsuda yazlıq bitkilərin əkini davam edir

Ağsuda yazlıq bitkilərin əkini davam edir

Ağsuda yazlıq bitkilərin əkini davam edir

Ağsu rayonunda yazlıq bitkilərin əkini sürətlə davan etdirilir və artıq 575 hektar sahədə əkin aparılıb.

Rayon statistika idarəsindən verilən məlumatda bildirilir ki, indiyədək əkilən yazlıq bitkilərin sahəsi ötən ilin müvafiq dövründəkindən 248 hektar çoxdur. Əkinçiliklə məşğul olan fermerlər və fiziki şəxslər artıq 143,5 hektarda kartof, 146 hektarda yonca, 30 hektarda noxud, 303 hektarda tərəvəz, 135 hektarda bostan bitkiləri əkiblər. Əksər ərazilərdə, xüsusilə Padarqışlaq, Kəndoba, Ərəbuşağı, Gəgəli, Padar və bir sıra digər ərazi dairələrində yazlıq əkinlər daha mütəşəkkil aparılır. Əkinçilər bu mühüm kampaniyanın vaxtında və yüksək aqrotexniki tələblər səviyyəsində başa çatdırılması üçün bütün qüvvələrini səfərbər ediblər.

Qeyd edək ki, cari mövsümdə rayonda 2000 hektardan çox sahədə yazlıq bitkilərin əkiləcəyi gözlənilir.
Müəllif: Anar | 7-04-2021, 21:02
Oxunub: 9
    
Reklam