» » Azərbaycan xarici ticarətdə rəqabətqabiliyyətliyini artırır

Azərbaycan xarici ticarətdə rəqabətqabiliyyətliyini artırır

Azərbaycan xarici ticarətdə rəqabətqabiliyyətliyini artırır

Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən yaradılmış "Ticarət Statistikası Portalı"nın məqsədi maraqlı tərəflər üçün Azərbaycanın xarici ticarət dövriyyəsinin vizual təqdim olunmasıdır.

Bunu DGK-nin Aparat rəhbəri Anar Süleymanov "Ticarət Statistikası Portalı"nın təqdimatına həsr olunmuş tədbir zamanı deyib.

O bildirib ki, bu portal zəruri statistik məlumatları təqdim edəcək və biznesin öyrənilməsini dəstəkləyəcək:

"Bu, Azərbaycanın ticarətdə rəqabətqabiliyyətliyinin artırılmasının əsasını qoyacaq".

A.Süleymanov bildirib ki, portalın hazırlanmasına 18 ay əvvəl başlanılıb:

"Bu portal 8 istiqamət üzrə istənilən informasiyanı, xüsusilə də 99 məhsul üzrə idxal və ixrac məlumatlarını tapmağa kömək edəcək"
Müəllif: Anar | 7-04-2021, 14:45
Oxunub: 10
    
Reklam