» » Prezident İlham Əliyevin Zirvə görüşündəki çıxışı böyük maraqla qarşılandı.

Prezident İlham Əliyevin Zirvə görüşündəki çıxışı böyük maraqla qarşılandı.

Prezident İlham Əliyevin Zirvə görüşündəki çıxışı böyük maraqla qarşılandı.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında qeyri-formal Zirvə görüşü keçirilib
Martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında qeyri-formal Zirvə görüşü keçirilib.
“Martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında keçirilən qeyri-formal Zirvə görüşü təşkilatın 2019-cu ilin oktyabrında Bakıda keçirilmiş Zirvə görüşündən sonra ikinci tədbiri idi. Bir il əvvəl, keçən ilin aprelində Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə videokonfrans formatında keçirilən COVID-19-a həsr edilmiş Zirvə görüşü hər birimizin xatirindədir”
Dünyanı ağuşuna almış koronavirus pandemiyasına qarşı beynəlxalq səviyyədə tədbirlər məhz möhtərəm Prezidentimiz İlham Əliyevin təşəbbüsü ilə keçirilmişdir. 2019-cu il oktyabrın 15-də Bakıda keçirilən VII Zirvə görüşündə təşkilata sədrlik Azərbaycana keçdikdən sonra Şuranın COVID-19 da daxil olmaqla, bir sıra qlobal problemlərin həllində təşəbbüskar mövqedən çıxış etməsi əsl qlobal həmrəylik və əməkdaşlıq nümunəsi idi.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının qeyri-formal Zirvə görüşündə müzakirə olunan məsələlər ölkələrimiz və xalqlarımız arasında əlaqələrin daha da güclənməsinə xidmət edir.
Çünki Azərbaycan bu tədbirə qalib ölkə kimi, təcavüzkar Ermənistanın 30 illik işğalına son qoyan, ərazi bütövlüyü öz ordusunun gücü ilə təmin edən ölkə kimi qatılmışdı. Elə Qazaxıstanın birinci Prezidenti - Elbası, Türk Şurasının fəxri sədri Nursultan Nazarbayevin çıxışında “Bu gün mən həm də Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevi təbrik edirəm. Xüsusilə qeyd etmək istəyirəm ki, ərazi bütövlüyünün bərpa edilməsi məsələsində Türkiyə önəmli rol oynamışdır” deməsi yaddaqalan məqamlardan oldu.
"Martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında qeyri-formal Zirvə görüşünün keçirilməsi ölkəmiz üçün xüsusi əlamətdar olmuşdu. Çünki Azərbaycan bu tədbirə Qalib ölkə kimi, təcavüzkar Ermənistanın 30 illik işğalına son qoyan, ərazi bütövlüyü öz ordusunun gücü ilə təmin edən ölkə kimi qatılmışdı. Elə Qazaxıstanın birinci Prezidenti - Elbası, Türk Şurasının fəxri sədri Nursultan Nazarbayevin çıxışında "Bu gün mən həm də Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevi təbrik edirəm. Xüsusilə qeyd etmək istəyirəm ki, ərazi bütövlüyünün bərpa edilməsi məsələsində Türkiyə önəmli rol oynamışdır” deməsi yaddaqalan məqamlardan oldu. Onu da qeyd edək ki, dünyanın əksər ölkələrinin başçıları tərəfindən hələ də təbrik məktubları gəlməkdədir. Bu, Azərbaycanın ərazi bütövlüyünün beynəlxalq səviyyədə dəstəklənməsindən, Ermənistanın işğalçı siyasətinin dünya birliyini təngə gətirməsindən xəbər verir”
Prezident İlham Əliyevin Zirvə görüşündəki çıxışı böyük maraqla qarşılandı. Dövlətimizin başçısı çıxışında II Qarabağ müharibəsi haqqında geniş məlumat verdi. Bildirdi ki, 30 ilə yaxın müddət ərzində Ermənistan Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazilərini işğal altında saxlayırdı: "Bu işğal nəticəsində torpaqlarımızın təxminən 20 faizi Ermənistan tərəfindən zəbt edilmişdir, bir milyondan çox azərbaycanlı öz doğma torpağından didərgin salınmışdır, qaçqın-köçkün vəziyyətinə salınmışdır. Xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılmışdır. Ermənistan Azərbaycana qarşı soyqırımı törətmişdir. 1992-ci ildə törədilən Xocalı soyqırımı nəticəsində 600-dən çox günahsız, dinc insan vəhşicəsinə öldürülmüşdür. Onların arasında 106 qadın, 63 uşaq vəhşicəsinə qətlə yetirilmişdir”Hüquq müdafiəçisi bildirib ki, ötən müddət ərzində ATƏT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası və digər təşkilatlar Azərbaycanın haqlı mövqeyini müdafiə etmişdir. Lakin beynəlxalq təşkilatların Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərini qeyd-şərsiz tərk etmələri barədə qəbul etdikləri qətnamələr kağız üzərində qalmışdı, münaqişənin nizamlanmasında vasitəçilik missiyasını üzərinə götürən ATƏT-in Minsk qrupunun bu müddət ərzində işğalçını öz adı ilə çağırmaması, sanksiyalar tətbiq olunmaması və ikili standartların mövcudluğu işğalçı Ermənistanı daha da həyasızlaşdırmışdı. Ötən il sentyabrın sonlarında bizim hərbi mövqelərimiz və yaşayış məntəqələrimiz Ermənistan ordusu tərəfindən artilleriya atəşinə məruz qalıb və bunun nəticəsində bir neçə hərbçi və mülki şəxs həlak olub. Bu faktı diqqətə çatdıran dövlətimizin başçısı deyib ki, biz, təbii olaraq, buna adekvat cavab verərək, əks-hücum əməliyyatı keçirib düşməni layiqincə cəzalandırdıq və 44 gün davam edən II Qarabağ müharibəsi Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, müharibə dövründə 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi. Bizim tarixi şəhərimiz Şuşa noyabrın 8-də işğalçılardan azad edildi və Ermənistan məcbur olub kapitulyasiya aktına imza atdı.
"2020-ci il noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş nazirinin iştirakı ilə imzalanan bəyanatla Ermənistan məğlub olduğunu rəsmən təsdiqlədi. Bu bəyanat əsasında digər rayonlarımız artıq siyasi yollarla Azərbaycana qaytarıldı. Beləliklə, məsələ hərbi-siyasi yollarla həll olundu. Artıq tam əminliklə demək olar ki, Dağlıq Qarabağ məsələsi, Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmışdır. Dağlıq Qarabağ adında hazırda hər hansı bir ərazi vahidi yoxdur. Azərbaycan bu məsələni həll edib, tarixi Zəfər əldə edib və dağıdılmış ərazilərdə bərpa işləri başlayıb.
Dövlətimizin başçısı müharibənin ilk günündən qardaş Türkiyədən böyük dəstək göstərildiyini diqqətə çatdırdı və Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu bildirdi. Zirvə görüşündə digər çıxış edənlər də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşlərinin keçirilməsini yüksək qiymətləndiriblər və əsas məqsədin türk dünyasını ən vacib iqtisadi, mədəni məkanlardan birinə çevirmək olduğunu bildiriblər”
Müəllif: Anar | 5-04-2021, 14:36
Oxunub: 16
    
Reklam