» » Kürdəmirdə şəhidin xatirəsinə tikilən bulağın açılışı olub

Kürdəmirdə şəhidin xatirəsinə tikilən bulağın açılışı olub

Kürdəmirdə şəhidin xatirəsinə tikilən bulağın açılışı olub

Kürdəmirdə şəhid Şiralı Səlimovun xatirəsinə tikilən bulağın açılışı olub. Bulaq rayonun Sor-Sor kəndində Ağsu-Kürdəmir-İmişli magistral yolunun kənarında tikilib. Xatirə bulağının tikilməsində kənd sakinləri də yaxından iştirak edib. Açılış mərasimində rayon rəhbərliyi, kənd sakinləri və şəhidin ailə üzvləri iştirak ediblər. Əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Açılış mərasimində şəhid Şiralı Səlimovun qısa, şərəfli ömür yolundan danışılıb. Bildirilib ki, iki bacının bir qardaşı olan Şiralı 2000-ci ildə Kürdəmirin Sor-Sor kəndində anadan olub. 2018-ci ildə Füzuli rayonunda həqiqi hərbi xidmətini başa vurub. Vətən müharibəsinin ilk günlərindən xidmət etdiyi Füzuli rayonunda döyüşə qatılıb. Füzulinin, Cəbrayılın, Hadrutun və bir sıra yüksəkliklərin azad olunmasında qəhrəmancasına vuruşub. Ağır və şərəfli döyüş yolu keçən igid əsgər Şuşanın işğaldan azad olunması uğrunda döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. Prezident İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Kürdəmirdə şəhidin xatirəsinə tikilən bulağın açılışı olub

Çıxışlarda 44 günlük Vətən müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Qələbədən danışılıb, Şiralı və onun kimi şəhidlərimizin qanının yerdə qalmadığı vurğulanıb.

Şəhidin atası Vüqar Səlimov göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirib.
Müəllif: Anar | 25-03-2021, 17:24
Oxunub: 31
    
Reklam