» » Ağsu rayonunda 3 minə yaxın sakin peyvənd olunub

Ağsu rayonunda 3 minə yaxın sakin peyvənd olunub

 Ağsu rayonunda 3 minə yaxın sakin peyvənd olunub
 Ağsu rayonunda 3 minə yaxın sakin peyvənd olunub
 Ağsu rayonunda 3 minə yaxın sakin peyvənd olunub

Ağsu rayonunda təhlükəli infeksiya olan COVID-19-a qarşı 2966 nəfər vaksinasiya olunub.

Rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsdən verilən məlumata görə, peyvənd olunanların 959 nəfəri 65 yaşdan yuxarı, 1664 nəfəri 50-65 yaş arası, 343 nəfəri isə 50 yaşdan aşağı olan vətəndaşlardır. Hələlik 127 nəfərə ikinci doza vaksin vurulub. Proses davam edir.

Yenicə vaksinasiya olunaraq istirahət otağına gələn Gəgəli kəndinin 80 yaşlı sakini Səmayə Kərimova özünü yaxşı hiss etdiyini deyib: “Koronavirus dünyamız üçün bir bəladır. Dövlətimizi sağ olsun ki, bizim qeydimizə qalır, peyvənd etdirir. Keçən dəfə peyvənd olunanda, “28 gün sonra gələrsən” demişdilər. İndi isə ikinci dəfə peyvənd dozası vuruldu. Artıq 15 dəqiqədən çoxdur ki, buradayam, özümü yaxşı hiss edirəm. Həkimlər də sağ olsunlar, tez-tez halımızı soruşurlar”.
Müəllif: Anar | 11-03-2021, 17:39
Oxunub: 37
    
Reklam