» » Göyçayda koronavirus pandemiyasına qarşı əhalinin vaksinasiyası davam etdirilir

Göyçayda koronavirus pandemiyasına qarşı əhalinin vaksinasiyası davam etdirilir

 Göyçayda koronavirus pandemiyasına qarşı əhalinin vaksinasiyası davam etdirilir

Göyçay rayonunda vətəndaşların COVID-19 infeksiyasına qarşı vaksinasiyası davam etdirilir və rayon mərkəzi xəstəxanasında bu məqsədlə ayrılan xüsusi otaqlarda indiyədək 2869 nəfər təhlükəli virusa qarşı peyvənd olunub.

Bu barədə rayon icra hakimiyyətində yaradılan qərargahdan bildirilib ki, vətəndaşların peyvənd olunması Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq mərhələli şəkildə aparılır. İlkin olaraq səhiyyə ocaqlarında çalışan tibb işçiləri peyvənd olunublar. Habelə, yaşı 65-dən yuxarı 853 nəfər, 50-65 yaşarası 1641 nəfər, yaşı 50-də az olan 375 nəfər vətəndaş peyvənd edilib. Rayonda ikinci doza üçün 621 nəfər vaksinasiya prosesindən keçib.
 Göyçayda koronavirus pandemiyasına qarşı əhalinin vaksinasiyası davam etdirilir
 Göyçayda koronavirus pandemiyasına qarşı əhalinin vaksinasiyası davam etdirilir
Müəllif: Anar | 4-03-2021, 18:37
Oxunub: 83
    
Reklam