» » Ötən ay Azərbaycandan Türkiyəyə səfər edənlərin sayı açıqlanıb

Ötən ay Azərbaycandan Türkiyəyə səfər edənlərin sayı açıqlanıb

Ötən ay Azərbaycandan Türkiyəyə səfər edənlərin sayı açıqlanıb

2021-ci ilin yanvarında Azərbaycandan Türkiyəyə 14 867 turist səfər edib ki, bu da 2020-ci ilin yanvarı ilə müqayisədə 72,86 faiz azdır.

Bu barədə Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər.

Hesabat dövründə Türkiyəyə səfər etmiş əcnəbilər arasında Azərbaycan vətəndaşlarının payı 2,92 faiz təşkil edib.

Nazirliyin məlumatında qeyd edilir ki, 2021-ci ilin yanvarında Türkiyəyə 507 787 turist səfər edib ki, bu da ötən ilin yanvarı ilə müqayisədə 71,48 faiz azdır.

Qeyd edək ki, 2020-ci ildə Türkiyəyə 12,734 milyon turist səfər edib ki, bu da 2019-cu illə müqayisədə 71,74 faiz azdır.

Ötən il Türkiyəyə səfər etmiş əcnəbilər arasında Azərbaycan vətəndaşlarının payı 1,86 faiz təşkil edib.
Müəllif: Anar | 22-02-2021, 16:29
Oxunub: 6
    
Reklam